Suriyada terror aktı törədildi - 8 ölü

"Qafqazinfo" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, Deyr əl-Adas bölgəsində kənd işçilərinin olduğu yük maşınının keçdiyi yolun kənarında mina quraşdırılıb.
“Partlayış nəticəsində 5 nəfər həlak olub, daha 3 nəfər aldığı yaralardan xəstəxanada ölüb”, - deyə Səhiyyə Departamentinin rəhbəri Əşrəf Barmu agentliyə bildirib. Onun sözlərinə görə, daha 27 nəfər xəsarət alıb, onlardan 17-si xəstəxanaya yerləşdirilib.