12 yaşlı uşaq faciəvi şəkildə öldü

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Bildirilib ki, hadisə dünən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində baş verib.
Belə ki, 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Kazım oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
12 yaşlı İbrahim Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.