Astarada su arxına düşən 82 yaşlı kişi ölüb
- 16-10-2022, 15:19
- Hadisə

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Ərçivan qəsəbəsində yerli sakin, 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov balıq ovu zamanı ehtiyatsızlıqdan suya yıxılıb.
O, köməksiz vəziyyətdə qaldığından suda boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.