Xırdalanda yaşayış binasında partlayış olub - YENİLƏNİB

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.
21:35
Xırdalanda yaşayış binasında partlayış olub.
APA xəbər verir ki, hadisə AAAF Park Yaşayış kompleksində olub.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.