azadses.az » İdman » "Neftçi"nin prezidenti: "Qalatasaray"dan Ardanı transfer etmək istərdim"

"Neftçi"nin prezidenti: "Qalatasaray"dan Ardanı transfer etmək istərdim"

"Tarixi püşkdür və bizim üçün sevindiricidir. "Qalatasaray" Bakıya, Azərbaycana gələcək. Möhtəşəm qarşılaşma gözləyirik". 
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "A Spor" televiziyasına açıqlamasında Türkiyə "Qalatasaray"ı ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin matçı barədə danışarkən deyib. 
Funksioner hər iki kollektivin növbəti mərhələyə yüksəlmək istədiyini bildirib. Quliyevin sözlərinə görə, hər bir komandanın öz hədəfləri mövcuddur: "Nəticədən asılı olmayaraq, bizim qardaşlığımız var. Hamı növbəti raunda və qrup mərhələsinə yüksəlmək istəyir. Ən önəmlisi odur ki, Türkiyə futbolunun 4 böyük komandasından biri Azərbaycanda rəsmi matça çıxacaq. İnanıram ki, yaxşı matç olacaq. Biz buna hazırıq".
Klub rəhbəri paytaxt təmsilçisinin bir neçə futbolçu transfer edəcəyini sözlərinə əlavə edib: "Transferləri "Qalatasaray"la matça görə etməyəcəyik. Planımız var idi, o planla da gedəcəyik. Bir və ya iki yeni futbolçu almağı düşünürük. Çempionatımız yeni başlayıb və ilk görüşümüzü keçirmişik. Sentyabrın 11-də daha bir matça çıxacağıq. Transfer işləri hələ yekunlaşmayıb. Ümid edirəm ki, "Qalatasaray"la oyunadək bu məsələni yekunlaşdıracağıq".
Quliyev "Türkiyədə hansı kluba azarkeşlik edirsiniz" sualını belə cavablandırıb: "Bu, maraqlı sualdır. Mən 1995-1996-cı ildə Şimali Kiprdə tələbə olmuşam. Həmin vaxt "Cim-Bom"a azarkeşlik edirdim. Amma hazırda biz bu tərəfdəyik, "Qalatasaray" o tərəfdə. Mənim ürəyim və beynim "ağ-qara"dır. 100 faiz "Neftçi"liyəm".
Klub prezidenti Türkiyə futbolu haqqında da fikirlərini bölüşüb: "1995/1996 mövsümündən bəri Türkiyə futbolunu izləyirəm. Aşağı yaş qruplarında yaxşı oyunçular yetişir. Avropada türk əsilli futbolçu çoxdur. Avropanın məşhur klublarında çıxış edən oyunçular milli komandanızda oynayır. Ona görə də heyət yeni və gəncdir. Böyük uğurlarınız çox uzaqda deyil. Türkiyə futbolunun yaxın gələcəkdə yenidən zirvələrə qalxmasını səbrsizliklə gözləyirəm".
Quliyev hazırda transfer siyahısında türkiyəli futbolçunun olmadığını vurğulayıb: "Daha əvvəl "Neftçi"nin tarixində türkiyəli futbolçular olub. Amma mən Türkiyə klubları ilə işləyirəm. Böyük komandalarda bizim dostlarımız var. Yanınızda əyləşən jurnalist İlqaz Çınarı yaxından tanıyıram. "Neftçi"nin daha əvvəl "Bursapor" klubu ilə müqaviləsi var idi. Həmin vaxtdan bəri bir-birimizi tanıyırıq. Türkiyə Futbol Federasiyası və klublarda tanıdığım çoxlu sayda insan var".
Klub rəhbəri püşkatmada İstanbul təmsilçisi ilə qarşılaşmağı gözlədiyini bildirib: "İlk olaraq, bizə 3 mümkün rəqibi təqdim etdilər. "Qalatasaray"ı görəndə düşündüm ki, bu komandaya qarşı oynayacağıq və çox sevindim. II turda zəif rəqib yoxdur. Bu matça bayram əhval-ruhiyəsində çıxacağıq. Amma çətin qarşılaşma olacaq. Azarkeşlərimiz stadionda olmayacaq, buna kədərlənirik. Dünyada yayılan koronavirus səbəbindən oyunlara azarkeş buraxılmır. Amma milyonlarla insan televiziya vasitəsi ilə qarşılaşmanı izləyəcək. Bu da nəticədən asılı olmayaraq, tarixə düşəcək".
Funksioner "Qalatsaray"dan futbolçu alsanız, kimi transfer edərsiniz" sualına belə cavab verib: "Bilmirəm, Arda Turanı alardım. O da sizin üçün yeni transferdir" (gülür). 
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib