Pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə neçə milyard manat ödənilib?
- 29-07-2022, 15:21
- İqtisadiyyat

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin birinci yarımili ərzində həmin sosial təminat növləri üzrə əhaliyə 3 milyard 247 milyon manat vəsait ödənilib.
Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8 faiz və ya 235,3 milyon manat çoxdur.