azadses.az » Manset » QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır

Aprelin 12-13-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının genişləndirilmiş səyyar iclası keçirilib.

Agentlikdən "Report"a verilən məlumata görə, iclasda təcrübəli QHT ekspertləri və təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və əməkdaşları iştirak ediblər.

İclasın keçirilməsində əsas məqsəd Agentliyin güclü və zəif cəhətlərinin, imkan və çətinliklərinin təhlili, missiya və viziyonun, 2024 – 2026-ci illər üzrə strateji məqsədlərinin müəyyənlşdirilməsi və strateji məqsədlərə çatmaq üçün fəaliyyət planının hazırlanması idi.

İclasda dəvət olunmuş QHT nümayəndələri ilə birlikdə “Agentliyin 2024 – 2026-ci illər üzrə Strateji Planı”nının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Təcrübəli QHT ekspertləri və təmsilçiləri, Müşahidə Şurası üzvləri, Agentliyin icra aparatının əməkdaşlarından ibarət formalaşdırılmış 3 qrupun hər birində Strateji Planla bağlı 4 sessiyada ideya və təkliflərini irəli sürülmüş, müzakirələr və fikir mübadiləsi aparılmışdır. Hər bir sessiya müzakirəsindən sonra qruplar tərəfindən verilmiş təkliflər iştirakçılar tərəfindən təhlil edilib, sistemləşdirilib və ilkin layihə kimi təqdim edilib.

Strateji Planın hazırlanması ilə əlaqədar QHT təmsilçiləri ilə məsləhətləşmələrin davam etdiriləcəyi və müzakirə mərhələsindən sonra qəbul ediləcəyi bildirilib. Strateji Planın ayrı-ayrı hissələri ilə bağlı QHT təmsilçiləri ilə müzakirələrin canlı və onlayn formatda aparılması nəzərdə tutulur və onlarla bütün proses boyu sıx əməkdaşlıq davam edəcək.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Müşahidə Şurasının iclasını açıq elan edib. İlk öncə aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində şəhid olan 3 nəfər hərbi qulluqçunun xatirəsini 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Vüsal Quliyev bildirib ki, Strateji Planı hazırlayan zamanı həm vətəndaş cəmiyyətinin inkişafı məsələlərini və eləcə ölkəmizin inkişaf strategiyasının prioritetlərini diqqətdə saxlamaq vacibdir: “Biz təmin etməliyik ki, dövlətin QHT-lərə dəstəyi məqsədyönlü, aktual və təsirli olsun. Bu QHT-lərə öz məqsədlərinə nail olmaq, cəmiyyət və icmalar səviyyəsində müsbət dəyişiklik yaratmağa real kömək etsin. Biz təmin etməliyik ki, strateji planımız hərtərəfli, bütün maraqlı tərəflərin yanaşmasını nəzərə alan, yaxşı düşünülmüş və icra edilə bilən olsun. Biz həmçinin əmin olmalıyıq ki, o, konkret və ölçülə bilən məqsədləri, vaxt qrafiklərini və məsuliyyəti ehtiva edir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Argentinada 6 maqnitudalı zəlzələ olub
  2. Şanlıurfada yol qəzası olub, ölənlər var
  3. Lerik rayonunda zəlzələ baş verib
  4. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  5. Salyanda yay şumu qaldırılır
  6. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  8. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  9. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  10. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu