azadses.az » Manset » Makron Qoşulmama Hərəkatının Bakı toplantısından təşvişə düşüb - keçmiş müstəmləkələrinə səfər edir - ŞƏRH

Makron Qoşulmama Hərəkatının Bakı toplantısından təşvişə düşüb - keçmiş müstəmləkələrinə səfər edir - ŞƏRH

Dövlətlərarası münasibətlərdə ölkə başçısının şəxsi nüfuzu, beynəlxalq aləmdə qazandığı imic olduqca vacib rol oynayır. Dövlət başçısının etdiyi hər bir yanlışlıq, istənilən etibarsız hərəkət dövlətin beynəlxalq nüfuzuna ləkə salır. Necə ki qazandığı hər bir uğur təmsil etdiyi ölkənin adına yazılır. Birmənalı şəkildə deyə bilərik ki, Fransa prezidenti Emmanuel Markon qədər ölkəsinin imicinə zərbə vuran ikinci bir prezident tapmaq çətindir. Prezidentlik müddətində ölkəsinin nüfuzuna vurduğu zərbənin bərpası üçün onilliklər lazım olacaq, desək, yəqin ki, yanılmarıq. Onun atdığı addımları, yürütdüyü siyasəti analiz edəndə görürsən ki, bu adam sanki məqsədli şəkildə ölkəsini aşağılamağa, beynəlxalq aləmdə nüfuzunu zəiflətməyə çalışır. Bu günün Fransasına nəzər salaq: ölkəni bürüyən etiraz aksiyaları, polis özbaşınalığı pik həddə çatıb. İnsanlar çıxış yolunu etiraz aksiyaları keçirməkdə görür.

Ən acınacaqlı hal ondan ibarətdir ki, Makron tək daxili siyasətdə deyil, xarici siyasətdə də ölkəsinin imicinə ciddi zərbə vurmaqdadır. Bunun da bərpası mümkünsüz görünür. İş o yerə çatıb ki, vaxtilə müstəmləkəsi olan ərazilərdə Fransa üsul-idarəsinə qarşı etirazlar artır. İnsanlar etirazlarını ən müxtəlif formalarda bildirəndə isə onlara qarşı polis zorakılığı işə düşür. Keçmiş müstəmləkələrdə insanların adi hüquq azadlıqları belə pozulur. Bu baxımdan Bakıda iyulun 5-də keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü həmin hüquqları pozulan bölgələrin əhalisi üçün mühüm bir platforma rolunu oynayıb. İlk dəfə olaraq məhz Bakıda Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında defakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində bu miqyasda tribuna önündə fikir mübadiləsi aparılıb. Qəbul olunan bəyanatda iştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu yaradılmasına dair razılığa gəliblər. Çıxışlar zamanı Fransanın dənizaşırı ərazilərindəki neokolonializm siyasətini tənqid etməsi müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə sevinclə qarşılanıb.

Yeri gəlmişkən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində müstəmləkəçiliyin tamamilə ləğv edilməsini davamlı olaraq gündəlikdə saxlaması, habelə Bakıda “Müstəmləkləçiliyin tamamilə aradan qaldırılması istiqamətində” adlı konfransın keçirilməsi, Fransanın cinayətlərinin ifşa edilməsi və Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması rəsmi Parisi ciddi narahat edib.

Narahatlıq o həddə çatıb ki, Emmanuel Makron Dənizaşırı ərazilərdə, xüsusilə Yeni Kaledoniyada əhalinin Fransa hökumətinin siyasətindən ciddi narazılığını neytrallaşdırmaq məqsədilə iyul ayının 24-29-da Yeni Kaledoniya, Vanuatu və digər adalara səfər etmək qərarına gəlib. O, bu ərazilərə sonuncu dəfə 2018-ci ilin mayında baş çəkib.

Bu da onu deməyə əsas verir ki, Bakı tədbirində Prezident İlham Əliyevin Fransanın kolonialist siyasətini sərt şəkildə tənqid etməsi təsirsiz ötüşməyib. Azərbaycan Prezidenti Fransa dövlətinin və onun rəhbəri Makronun təcavüzkar, işğalçı siyasət yürütdüyünü Qoşulmama Hərəkatının tribunasından dəlillər və faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı bir çox ölkə liderlərinin cürət edib deyə bilmədiklərini cəsarətli və qətiyyətli şəkildə dünyaya çatdırıb. Şübhəsiz ki, Fransanın dənizaşırı ərazilərə münasibətdə məqsədli şəkildə ayrı-seçkilik siyasəti aparması və nəticədə ən zəif inkişaf etmiş ərazilərin məhz müstəmləkəçilikdən əziyyət çəkən departamentlərin olması faktı, uzun illərdi bu ərazilərin təbii sərvətlərinin mərkəzi hakimiyyət tərəfindən talan edilməsi bu ərazilərin səlahiyyətli şəxsləri və siyasətçilərinin Azərbaycan Prezidentinin timsalında özlərinə “Ümid yeri” kimi baxmasına gətirib çıxarıb. Bu səbəbdən də Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupunun üzvləri səfər zamanı haqlı olaraq Makrondan soruşa bilər ki, Ermənistana ayırdığınız maliyyə yardımlarını dənizaşırı ərazilərə ayırmaqla öz departamentlərinizi inkişaf etdirmək olmazdımı? “Əvvəl evin içi, sonra çölü” prinsipini niyə pozur? Fransa Qarabağa göndərmək arzusunda olduğu beynəlxalq təşkilatları müstəmləkəsi olan Martinik və Qvadelupaya göndərə və çox toksik pestisid olan xlordekonun uzun illər istifadəsi nəticəsində bu iki ərazinin dünyada prostat vəzi xərçəngi üzrə dünyada ilk sıralarda olmasının çox ağır nəticələrinin aradan qaldırılmasına köməklik göstərə bilər. Görəsən Makron bu məsələ ilə əlaqədar Martinik əhalisinin Fransa hökumətindən təzminat tələbinə necə cavab verəcək? Yəqin 132 il qətliamlar törətdikləri Əlcəzairə verdiyi cavabdan verər: “Kütləvi qırğınlar zamanı mən hələ doğulmadığıma görə məsuliyyət daşımıram...”

Ola bilsin Makrona ünvanlanan suallar bunlarla kifayətlənməyəcək. Bəlli olduğu kimi, 2019-cu ilin aprelində Emmanuel Makron Fransanın soyqırımda iştirakını müəyyən etmək üçün ictimai arxivlərin köməyi ilə Fransanın hərəkətlərini araşdırmaq üçün ekspertlər qrupu təyin etdi. 2021-ci ilin martında da komissiya bildirdi ki, Fransa əvvəllər rejimlə əlaqəni kəsməməkdə məsuliyyət daşısa da, soyqırımda birbaşa iştirakına dair heç bir sübut yoxdur. 2021-ci ilin mayında Emmanuel Makron Ruanda xalqından üzr istədi və Fransanın yaxınlaşan qırğın xəbərdarlığına məhəl qoymadığını və çox uzun müddət "həqiqəti öyrənmək üçün susmağa dəyər verdiyini" söylədi. Deməliyik ki, üzrxahlıq kifayət qədər gülünc görünür, çünki Fransa baş verən qətliamın birbaşa iştirakçılığında günahkardır. Soyqırımı törədən isə hələ də Parisin himayəsindədir. Görəsən Makron bu üzrxahlıqları səfər edəcəyi keçmiş müstəmləkələrində təkrar edəcəkmi? Cavad da bəllidir: nə qədər ki, Emmanuel Makron hakimiyyətdədir, bu, baş verməyəcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının iki rayonunda qaz olmayacaq
  2. Goranboyun Qazanbulaq qəsəbəsi qazsız qalıb
  3. Gəncədə bir ailənin üç üzvü qidadan zəhərləndi
  4. Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib
  5. Gəncədə 23 yaşlı kişi bıçaqlanıb, şübhəli şəxs saxlanılıb
  6. Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  7. DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
  8. Xaçmazda 8 otaqlı evdə yanğın olub
  9. Goranboy sakini qidadan zəhərlənib, vəziyyəti ağırdır
  10. Ağcabədidə yol qəzasında ağır xəsarət alan şəxs Bakıya gətirilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar