azadses.az » Manset » "Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib" - RƏY

"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib" - RƏY

“Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ABŞ-nin ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi yarıtmaz fəaliyyətində daha aydın özünü büruzə verib”.

Bunu “Report”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ABŞ-nin davranışı, əslində, 30 il ərzindəki ənənəvi siyasətindən qətiyyən fərqlənmir: “Bu təkcə Azərbaycana münasibətdə deyil, ümumilikdə, Türk-İslam dünyasına münasibətdə ABŞ-nin sərgilədiyi ənənəvi mövqedir. Ermənistan öz ənənəsinə uyğun olaraq gah bu qütbün, gah da digər qütbün yanında dayanmaqla indiki dövrdə geosiyasi qarşıdurmalar fonunda öz mövqelərini bölgədə qismən də olsa gücləndirməyə çalışır. ABŞ-nin mövcud yanaşması Vaşinqtonda aparılan müzakirələrdəki mövqeyinə qətiyyən uyğun gəlmir. Bu isə ABŞ-nin ikili standartlardan çıxış etdiyini açıq şəkildə göstərir”.

E.Mirzəbəyli bildirib ki, bu, açıq-aşkar missioner davranışıdır və səlib yürüşlərinin elementlərini xatırladır: “Hazırda Ermənistanı müdafiə etmək üçün ABŞ-nin hər hansı bir formada əsası yoxdur. Çünki 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işğalına Vaşinqtonun birmənalı mövqeyi olmayıb. Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunan zaman da Vaşinqtonun riyakar mövqeyinin şahidi olmuşduq. Vaşinqtonda keçirilən xarici işlər nazirlərinin görüşlərində məsələ ABŞ-nin dövlət katibi Entoni Blinkenin vasitəçiliyilə məhz ərazi bütövlüyü çərçivəsində və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası nəzərə alınaraq həll olunmalı idi. Amma göründüyü kimi, bu yanaşma tərzi rəsmi İrəvanın son dövrlərdə qütbdəyişmə meyillərinin kontekstində dəyişikliyə uğrayıb”.

Siyasi şərhçi vurğulayıb ki, Vaşinqtonun Azərbaycan haqqında, xüsusilə də Azərbaycannın suveren hüquqları ilə bağlı mövzularda hər hansı bir məsələyə münasibət bildirməyə nə hüquqi, nə də mənəvi haqqı var: "ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, özünü dünyada baş verən digər proseslərdə də göstərib. Bunu rəngli inqilab ssenarilərində, xalqlara fəlakət gətirən müharibələrdə müşahidə etmişik. Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. Onun elan etdiyi liberal dəyərlər özünü nədənsə cinsi azlıqlara münasibətdə büruzə verir. İnsan hüquqları və azadlıqlar ilə bağlı məsələdə, bir milyon insanın bu günə qədər tapdalanan hüquqlarında ABŞ-nin hər hansı mövqeyinin şahidi olmamışıq. İşğalçıya, təcavüzkara, soyqırımı həyata keçirənə isə açıq şəkildə dəstək verdiyini görmüşük”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib