azadses.az » Manset » Pərviz Şahbazov: “Birləşmiş Krallıqla bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik”

Pərviz Şahbazov: “Birləşmiş Krallıqla bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik”

Azərbaycan Birləşmiş Krallıqla bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hər iki ölkə eyni yolu gedir: “Birləşmiş Krallıqla enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu sahəyə həmişə xüsusi diqqət yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə faktiki olaraq enerji keçidi baş verir”.

Nazir bildirib ki, Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, enerji keçidini həyata keçirməyə çalışır: “Bərpa olunan enerji mənbələri, enerji keçidi kimi məsələlər bu gün çox aktualdır. Bu istiqamətdə müvafiq qanunlar qəbul olunub və hazırda da böyük layihələr həyata keçirilməkdədir. Bu sahədə də Birləşmiş Krallıq bizim üçün önəmli tərəfdaşdır. Hazırda BP şirkəti bizim həm neft-qaz sahəsində aparıcı partnyorumuzdu, eyni zamanda da azad olunmuş Cəbrayıl rayonunda da 240 MVt-lıq sənaye həcmli günəş stansiyasını həyata keçirən şirkətdir. Bu da çox önəmlidir. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirmək istəyirik”.

O, həmçinin qeyd edib ki, 2021-ci ildə Birləşmiş Krallıqla enerji keçidi və dekarbonizasiya ilə bağlı Anlaşam Memorandumu imzalanıb: “Bu çərçivədə təxminən 2,5 il ərzində bu sahəyə aid olan kifayət qədər tədbir həyata keçirilib. Həm Birləşmiş Krallıq, həm də Azərbaycan təxminən eyni yolu gedir. Hər ikisi neft-qaz ölkəsidir və hər ikisi enerji keçidini həyata keçirməyə çalışır”.

Nazir həmçinin Avropa İttifaqı ilə də enerji sahəsində əməkdaşlığın yüksək olduğunu qeyd edib: “Avropa İttifaqı ilə bizim enerji sahəsində böyük əməkdaşlığımız var. Bilirsiniz ki, dövlət başçısı və Avropa Komissiyasının prezidenti ilə ötən il imzalanan sənəd çərçivəsində bütün istiqamətlər üzrə, o cümlədən qaz təchizatı istiqaməti üzrə çox sıx əməkdaşlıq həyata keçiririk”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib