azadses.az » Manset » Heydər Əliyev və Demokratik Dəyərlər

Heydər Əliyev və Demokratik Dəyərlər

Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir.
Heydər Əliyev

Dünyada ən az saylı xalqlar belə öz dövlətlərinin olmasını arzu edirlər. Xüsusilə həmin ölkənin müstəqil, azad və orada yaşayan xalqın firavan olmasını həyata keçirmək istəyi hər zaman əsas prioritetlərdən olub. Öz ölkələrinin müstəqilliyi uğrunda mübarizə aparan xalqların necə çətin və ağır bədəl ödədiklərini tarixin bir çox səhifələrində müşahidə etmək mümkündür. Əsasən bu əzablı yolları ilahi tərəfindən hər hansı bir xalqa bəxşiş olunmuş şəxsiyyətlər həyata keçirir. Belə şəxsiyyətlərdən biri də ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi Heydər Əlirza oğlu Əliyevdir. Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu indiki və gələcək nəsillərə əvəzsiz nümunədir. Azərbaycan xalqının və böyük türk dünyasının fəxri olan Heydər Əliyevin gördüyü misilsiz işlər, söylədiyi dəyərli fikirlər hələ əsrlər boyu insanlar tərəfindən fəxarətlə anılacaq və gələcəkdə də aparılacaq dövlət siyasətində mükəmməl nümunə olacaqdır. Ölkə idarəçiliyinin bütün istiqamətlərinə böyük töhfələr vermiş ulu öndərin addımları Azərbaycanın hələ bundan sonra neçə 100 illiklərdə müstəqil və azad olmasını təmin etmişdir. Heydər Əliyevin idarəçilik bacarığını və böyük siyasi iradəyə malik olmasını dünyanın nüfuzlu siyasətçiləri və dövlət xadimləri dəfələrlə etiraf etmişdirlər.
Demokratik dəyərlərə üstünlük verən Heydər Əliyev azadlığın, haqq və ədalətin bərqərar olunması yolunda yorulmadan, ömrünün son anlarına qədər məqsədli şəkildə irəliləmişdir.
Siyasi islahatlarla yanaşı iqtisadi islahatları da həyata keçirən lider 1994-cü ilin sentyabr ayında bir çox ölkələrin aparıcı şirkətləri ilə "Əsrin neft müqaviləsi"ni imzalamışdır. Bir çox maneələrə, təxribatlara baxmayaraq ölkəmizdə siyasi sabitlik təmin edilmişdir.
Heydər Əliyev Azərbaycan qadınının dolğun düşüncə tərzi və mübarizlik hisslərini nəzərə alaraq onları daim yüksək qiymətləndirmişdir. Demək olar ki, dövlətin bütün orqanlarında yüksək vəzifələr tutmuş, hətta aparıcı postlarda da qadınlar vardır. Bu da Heydər Əliyevin ölkəmizin zərif cinsdən olan xanımlara göstərdiyi qayğının bariz nümunəsidir.
Heydər Əliyevin sərkərdəlik qabiliyyəti Azərbaycanın ordu quruculuğunda da böyük rol oynamışdır. Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulması, ölkənin gənclərinin müxtəlif ali hərbi məktəblərə göndərilməsi respublikamızın gələcəyinə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. Silahlı Qüvvələrin maddi-texniki təminatının müasir tələblərə uyğun möhkəmləndirilməsi, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır.
Sözsüz ki, respublikamızın gələcəyində müstəsna rol alacaq gənclərimiz də Heydər Əliyevin diqqətindən kənarda qalmamışdır. 1997-ci ildə fevral ayının 2-i Azərbaycan Gəncləri günü elan edilməsi ümummilli liderin gənclərə olan inamının göstəricisi idi. 1999-cu il martın 2-də keçirilən Gənclərin 2-ci forumunda çıxış edən Heydər Əliyev gənclərə öz bilik və bacarıqlarını reallaşdıra bilmələri üçün hər cür şəraitin və imkanların yaradılmasının, müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində onların potensialından səmərəli istifadə etməyin vacibliyini bir daha səsləndirmiş və bütün dövlət orqanlarına bununla bağlı göstəriş və tövsiyələrini vermişdir.
Bu gün Azərbaycanın sürətli inkişafı, torpaqlarımızın işğaldan azad olunması məhz Heydər Əliyevin düzgün siyasi kursunun nəticəsidir. Biz bu siyasi məktəbin davamçıları olaraq hər zaman ulu öndərimizi qürurla yad edirik. 101-ci doğum günün mübarək, Böyük İnsan. Ruhun şad olsun!


“VƏTƏN NAMİNƏ İNKİŞAFA DOĞRU” İctimai Birliyinin Sədri Emin Babayev
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qobustanda 35 yaşlı kişi yol qəzasında xəsarət alıb
  2. Zərdabda 27 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb
  3. Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
  4. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  5. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  6. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  7. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  8. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  9. Bakıda yolu keçən qadını avtomobil vurub
  10. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib