Nazir müavini: Bu gün bəzi sahələrin əksər mütəxəssislərini robotlar əvəz edir
- Bu gün, 17:19
- Manset / Mədəniyyət
Hazırda robotlar insanları əvəz etməyə başlayıb.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri" XIV Respublika Müsabiqəsinin açılışında deyib.
Onun sözlərinə görə, elə ölkələr var ki, orada bəzi sahələrin əksər mütəxəssislərini robotlar əvəz edir:
“Hətta bu yaxınlarda Çində bir hadisə oldu ki, robot insana hücum çəkərək sillə ilə onu vurdu. Bu artıq təhlükədən xəbər verir. Bu mənada, süni intellektin necə, nə cür inkişaf etdirilməsi insandan asılıdır”.
Nazir müavini qeyd edib ki, elm daim yeniliyə və axtarışlara açıqdır:
“Bu gün yaradıcı və analitik təfəkkür hər şeydən öndədir, çünki buna ehtiyac var. Bu mənada, ölkənin gələcəyi məhz sizlərdən, siz sabahın alimlərindən asılıdır”