Bakı Enerji Forumu səmərəli əməkdaşlıq üçün etibarlı platformaya çevrilib - RƏY
Azərbaycanın 30 ildir ev sahibliyi etdiyi Bakı Enerji Forumu səmərəli əməkdaşlıq üçün etibarlı platformaya çevrilib.
Bu fikri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. O qeyd edib ki, forum yerli və xarici şirkətlərin nümayəndələrinin mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan yaradır:
"Bütün tərəfdaşlar güclü, təhlükəsiz enerji gələcəyi uğrunda mübarizənin getdiyi bir vaxtda Bakı Enerji Forumunun işini yüksək qiymətləndirir. Azərbaycanın etibarlı strateji tərəfdaş və sabitləşdirici faktor kimi rolunu xüsusi vurğulayırlar.
Budəfəki forumda da bir daha birlikdə dayanıqlı, təhlükəsiz və inklüziv enerji uğrunda çalışmağın önəmi qeyd olundu, enerji sektorunun dinamikliyi geniş təhlil edildi".
K.Nurullayeva xatırladıb ki, açılış mərasimində Prezident İlham Əliyev ölkənin enerji hədəflərinə bir daha diqqət çəkdi:
"Ölkə başçısı bəyan etdi ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.
Təsadüfi deyil ki, Azərbaycanın neft ixracının 75 faizdən çoxu, təbii qaz tədarükünün isə 51 faizi Avropa ölkələrinə yönəlib".