azadses.az » Manset » Renka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - VİDEOMÜSAHİBƏ

Renka: Kişilər mənimlə nəinki evlənmək, münasibət belə qurmaq istəmirlər - VİDEOMÜSAHİBƏ

- Rusiyanın nəhəng ulduzlarının çəkildiyi “Jara” filmində epizodik rolda çıxış etdiniz. Həmin səhnəcik çox müzakirələrə səbəb oldu. O obraz da açıq-saçıq oldu. Rəna bu qədər açıq-saçıqlığa niyə can atır?
- Kənardan çox ehtiraslı görünürəm. Adi həyatda isə çox sadəyəm, maraqlı da deyiləm. Aktrisa kimi işləsəm, mənə sırf açıq-saçıq rollar verərlər. Rola girdimsə, dərhal üz ifadəm dəyişir, oluram çox seksual bir xanım. Mənə deyirlər ki, “siz çox ehtiraslı qadınsınız”. Cavab olaraq deyirəm ki, “Sizin məndən xəbəriniz yoxdur. Bütün günü yorğun, bitkin bir vəziyyətdəyəm”.
Filmlə bağlı kastinq keçirildi. Mən də yenicə “sinə əməliyyatı”ndan çıxmışdım. Daxil oldum kastinqə, üstündə “çupa-çups” sözü yazılan qısa “top” geyinmişdim. İçəri girən kimi, mənə dərhal dedilər ki, “Qəşəng çupa-çupslardır, götürürük”. Çəkiliş o qədər peşəkar səviyyədə keçdi ki, böyük həzz aldım.
- Keçirdiyiniz “mamoplastika”, yəni sinə böyütmə əməliyyatı izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Onlar sizi tənqid etdilər.
- Lazım oldu ki, elədim də, mənim işim budur. Mənim rəqs kostyumlarımı görmürsünüz? Deyim ki, sinəmi böyüdəndən sonra kənardan bu abartılı və ya vulqar görünür, xeyr. Bu əsla belə deyil. Normal görünür. Burnumu əməliyyat etdirəndə heç kimin xəbəri belə olmadı. Standart bir şey olmadı.
- Hələ də bizim cəmiyyət “oriental” rəqqasələrin işinə dırnaqarası baxır və onları birmənalı qəbul etmirlər. Çox zaman isə sosial şəbəkə istifadəçiləri tənqidləri təhqirlərlə əvəz edirlər. Bütün bunlara Rəna necə sinə gərir?
- Oynadığım oriental rəqsi hər zaman və hər yerdə qınanılır. Oriental qəlizdir. Ən böyük arzum bir ilə səhifəmi bağlamaq, heç bir sosial şəbəkədən istifadə etməməkdir. Düzdür, anlayıram ki, bunu edə bilməyəcəm. Çünki bu işlə pul qazanıram. Hələ tezdir bu işdən getmək. Amma yorulmuşam söz-söhbətlərdən, ardı-arası kəsilməyən telefon zənglərindən.
İstəyirəm kənd yeri olsun, gedib orada heç olmasa bir ay dincəlim. Başqa bir baş və fikirlərlə yenidən qayıdım. Amma hələlik bütün bunlara dözürəm. Əvvəllər heç olmasa ağlayırdım, indi ağlaya da bilmirəm. Depressiya mənim hər zaman içimdədir. Heç kim mənim göz yaşlarımı silmir. Çünki heç kimin önündə ağlamıram. Gedirəm evə, ağlamalı hind filmini izləyib, gəşəng ağlayıb, sonra da özümə gəlirəm (gülür).
- İki övladınız var. Hər ikisi orta məktəbdə təhsil alır. Sinif yoldaşları onların analarının rəqqasə Renka olduğunu bilirlər? Təhsil ocağında buna görə uşaqlarınıza qarşı hər hansı təzyiqlər olur?
- Yolda durmamışam ki... Oynayıram da. Niyə hamıya bu qədər maraqlıdır ki, uşaqlarım mənə görə xəcalət çəkir, utanır, ya yox? Niyə? Mən özümü satıram? Neyləyirəm axı? Rəqs edirəm də... Mən sevirəm öz işimi. Bu işlə də pul qazanıb, evimə çörək aparıram. Uşaqlarım mənimlə fəxr edir. Hər zaman onların özlərinə də deyirəm, kimsə sizə nəsə desə, mənə zəng vurun, ona özüm başa salaram.
Onların oxuduğu sinifdə hamı məni çox istəyir. Məktəblərinə gedəndə, hamı mənimlə şəkil çəkdirir. Uşaqlarıma yaxın gələni “yaşatmaram”. İstəyir analı-atalı olsun. “Yaşatmaram”, pis günə qoyaram. Mən uşaqlarıma həm atalıq, həm də analıq edirəm. Sevgim o qədərdir ki, onların hər ikisinə bəs edir.
Hamı məni işimə görə tənqid edir. Amma mən bir gün evə pul aparmayanda başıma hava gəlir. Çox qorxuram. Səhərə kimi gözümə yuxu getmir. Yanımda heç kim yoxdur. Bu rəqsdən getdikdən sonra da kim yanımda olmayacaq. Heç kim də qapımı döyüb, deməyəcək ki, “bəlkə, sənə nəsə lazımdır?”. Bir ay “Instagram”dakı səhifəmi bağlayım, heç kimin yadına belə düşməyəcəm.
Hərdən bir uşaqlarıma deyirəm ki, evə yeni “papa” gətirəcəm. Mənə qəribə baxışlarla baxıb, “Bizdə sənin bu sözlərinə inandıq” deyirlər. Hər zaman belə zarafatlaşıram. Mən bundan sonra ailə həyatı qurmağı düşünmürəm də. Bu gün-sabah oğlum evlənəcək. Gedim ailə həyatı qurum, uşaq dünyaya gətirim. Vay-vay, biabırçılıq. Mən rəqqasəyəm, kim mənimlə ailə həyatı qurar? Kefdən danışırsınız (gülür). Mentalitet var. Kişilər mənimlə nəinki evlənmək, hətta münasibət belə qurmaq istəmirlər.
Mənə heç nə lazım deyil, sadəcə qayğı istəyirəm. Kişilər ağıllı qadınlardan qorxurlar. Onlara zəif, sözlərinə qulaq asan qadın lazımdır. Mən “yekəbaşam”. Heç kimin sözü ilə oturub-duran deyiləm. Mən öz bildiyimi edirəm. Çox sərt və kobud insanam. Çox pis cavab qaytarıram. Heç kimdə də günah axtarmıram. Günahı yalnız özümdə görürəm. Normal münasibət qura bilmirəm.
Hər şey ehtiras üzərində deyil, sevgi, qayğı, hörmət üstündə qurulmalıdır. Sevgili tapan kimi sənə dərhal xəbər verəcəm, Rəşad. Gəlib məndən müsahibə alarsan (gülür). Amma olmayacaq, heç o barədə düşünmürəm də. Bir də görürsən ki, yazırlar “Gəl gedək kinoya”. Cavab verirəm ki, “gecə saat 12-yə kimi banketdəyəm”. Mən belə kimə maraqlıyam? Mənim işim budur. Kiməsə görə işimdən qalası deyiləm”.
Rəna Ağamuradova (Renka) ilə daha geniş müsahibəni təqdim etdiyimiz videoreportajda izləyə bilərsiniz:






DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?