azadses.az » Mədəniyyət » “Çalışıram ki, ağzıma qoyduğum tikəni qonşum görməsin” – Flora Kərimova

“Çalışıram ki, ağzıma qoyduğum tikəni qonşum görməsin” – Flora Kərimova

“Mənim bir sözüm var, artıq şüara çevrilib: Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. Bəziləri ağlını itirib, ağlı itirəndə ürək də daşa dönür”.
 
Bu sözləri Xalq artisti Flora Kərimova deyib.
 
Sənətçi Vətənin şəhid verdiyi vaxtda bəzi həmkarlarının aldıqlarını efirdə göstərməsini sərt şəkildə qınayıb:
 
“Mən çox şeyi başa düşə bilmirəm, nəsə edəndə abırla etmək lazımdır. Həmkarlarıma demək istəyirəm ki, nələrləsə öyünməsinlər, döşlərinə döyməsinlər, çünki bəzən bu etdikləri başqalarına yara olur. Bəlkə, sənin imkanın var, amma sənə baxanın onları almağa, etməyə imkanı yoxdur. “Fors”larından başqa da nəsə düşünməlidirlər. Mən demirəm yalnız yasa bürünsünlər, amma bizim yaslıq günümüzdür. Şükür ki, torpaqlarımızı qaytara  bildik, ancaq biz o yolu getdik, şəhid verdik. Sosial şəbəkələrdə atasının qəbrinin üstündə uzanan uşağı, “Ata, qalx gedək” deyən gözüyaşlı övladları gördük. Bunları görürsünüz axı, niyə belə vicdansızlıq edirsiniz? Belə durumda efirlərə qapınızı açırsınız başlayırsınız bunu aldım, bunu bişirdim deyib göstərməyə. Ətləri şaqqa-şaqqa kəsib ekranda göstərirsiniz. Allah bu ağılı sizə niyə verib?!”
 
 
 
Xalq artisti artıq səhhətində bəzi problemlər yarandığını bildirib:
 
“Mən artıq oğlumla qızımın himayəsindəyəm, yanımda da Yaqut var, nə fiziki, nə maddi çətinliyim var, amma çalışıram ki, ağzıma qoyduğum tikəni qonşum görməsin. Qurana and içirəm ki, interneti açıb baxa bilmirəm, açan kimi “Ş” hərfini görüb tez çıxıram, çünki bilirəm ki, şəhid xəbəridir, baxa bilmirəm, oxuya bilmirəm. Mən 80 yaşımda “Ş” hərfindən qorxuram. Başqa həmkarlarım niyə bunları düşünmür? Səhərdən axşama qədər ağlayıram. Pəncərədən baxıram, görürəm kimsə bir tikə çörək axtarır, özümə gələ bilmirəm, gecələri yatmıram, səhərə qədər gözümə yuxu getmir. Artıq ürəyim də ağrıyır, heç bu yaşıma qədər ürək ağrısı nədir bilmirdim. Nəfəs ala bilmirəm, əvvəllər bağa düşürdüm, gəzirdim, indi heç onu da edə bilmirəm. Səhərə qədər pəncərəni açıb qarşısında dayanıram, oksigenim çatmır, artıq xəstəyəm. Bu yaşa qədər iki müharibənin sınağından keçmək məni mənəvi şikəst elədi. Nə uşaqlığım normal oldu, nə gəncliyim, nə də ahıl yaşım. Bircə bilirəm ki, övladlarım olmasa mən dayana bilməzdim. Heç onlar da indi ətrafımda deyillər, sabah-birigün dünya ilə sağollaşsam yanımda olmayacaqlar. Dünən Yaquta deyirəm ki, mənə nəsə olsa, vəziyyətim pisləşsə, onların şəkillərini mənə yaxın qoyarsan ki, baxım”.
 
Yenisabah.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib