azadses.az » Siyasət » Paşinyan Qarabağla bağlı hər şeyi açdı: İlham Əliyev hələ 10 il öncə...

Paşinyan Qarabağla bağlı hər şeyi açdı: İlham Əliyev hələ 10 il öncə...

“İlham Əliyev Qarabağın Azərbaycanın tərkibindən kənarda statusunun olması məsələsini hələ 2011-ci ildə gündəmdən çıxarmışdı”.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin baş verməsi səbəbləri haqqında qələmə aldığı məqaləsində yazıb.

Münaqişənin tarixinə ekskurs edən Paşinyan müharibənin qaçılmaz olduğunu yazır.

“Cəmiyyətin əsas hissəsi bu sualı verir? 44 günlük müharibə niyə baş verdi, ondan qaçmaq mümkün deyildimi? Bu suala cavabın xülasəsi belədir: Dağlıq Qarabağ məsələsində hansısa hadisənin olması anı yetişmişdi. Niyə? Son 10 ildə Qarabağ münaqişəsi üzrə danışıqlarda bir neçə həll prosesi var idi. Kazan prosesi ilk sırada gəlirdi. Bu təklifə görə, 5+2 düsturu üzrə rayonlar Azərbaycana qaytarılması, Qarabağa aralıq status verilməli və qaçqınların qayıdışından sonra son status referendum yolu ilə həll edilməli idi. Lakin gözlənilməz hadisə baş verdi: İlham Əliyev 2011-ci ilin 24 iyununda Kazan sənədini imzalamaqdan imtina etdi. Serj Sarkisyan 2016-cı ilin 17 noyabrda “Rossia” telekanalına müsahibəsində bu haqda danışırdı ki, Ermənistan 7 rayonu qaytarmağa hazır idi, amma Azərbaycana daha çox şey istəyirdi. Daha böyük nə ola bilərdi? Kazan sənədini imzalamayan İlham Əliyev bunun cavabını verdi: Qarabağın Azərbaycanın tərkibindən kənar statusu ola bilməz. O, bunu 2011-ci ildə istisna etmişdi”, - Paşinyan yazır.

Və bu, iki məqamı önə çıxarır:

1. Azərbaycan Prezidenti işğal altındakı torpaqların tam azad edilməsi prosesinə illər öncə hazırlaşıb və 7 rayonun qaytarılmasından məhz buna görə imtina edib;
2. Bakı Qarabağın statusu məsələsindən hələ 2011-ci ildə imtina edib və Vətən müharibəsindən sonra üç bölgədə - Xankəndi, Xocavənd və Xocalıda ermənilərə hər-hansı idarəçilik, hətta mədəni muxtariyyət belə verilməyəcək. Oradakı ermənilərə yalnız bir təklif verilir: Azərbaycan vətəndaşlığı;

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
  2. Azərbaycanda 33 dərəcə isti qeydə alınıb
  3. Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb
  4. Çaylarda sululuq artıb
  5. Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  6. İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb
  7. Qobustanda iki maşın toqquşub, xəsarət alan var
  8. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  9. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  10. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 45 mindən çox abituriyent qəbul imtahanı verəcək
Bu gün 45 mindən çox abituriyent qəbul imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin Ətraflı
Alimlər vəbanın sağ qalmağa necə uyğunlaşdığını aşkarlayıblar
Alimlər vəbanın sağ qalmağa necə uyğunlaşdığını aşkarlayıblar
Kanadanın Makmaster Universiteti və Fransanın Paster İnstitutunun alimləri ən qədim patogenin — bubon taunun törədicisi olan Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib