azadses.az » Siyasət » Mirsamir Məmmədov: "İran rejimi hər zaman bölgədə və dünyada terror yaratmağa çalışıb"

Mirsamir Məmmədov: "İran rejimi hər zaman bölgədə və dünyada terror yaratmağa çalışıb"

Molla rejimi öz çirkin və riya dolu siyasətini həyata keçirtmək üçün bölgədə‚ qonşu ölkələrin hamısının ərazisi daxilində daim ekstremist quruplar yaratmağa‚ terrorçular yetişdirməyə‚ ümumiyyətlə harada ekstremist‚ separatçı və təxribatçı kimsələr olsa dərhal həmin ekstremistlərlə qüvvələrə dəstək verərək cinayətkarlarla əməkdaşlıq etməyə çalışır. Hazırda Qarabağ məsələsində də İran rejimi erməni separatçıları ilə əməkdaşlıq edir...

Bu fikirləri‚ politoloq‚ siyasi ekspert Mirsamir Məmmədov‚ İranın ali dini liderinin Ərdəbil üzrə nümayəndəsi‚ Ərdəbil şəhərinin imam cüməsi Ayətulla Amulinin Azərbaycanın ünvanına səsləndirdiyi təhdid və hədə dolu fikirlərə cavab olaraq bildirib. M. Məmmədov İran mollasının Azərbaycan barədə səsləndirdiyi təhdidlərin mahiyyətindən geniş danışaraq qeyd edib ki‚
İran rejimi hələ müstəqilliyimiz qurulandan bu günə qədər Azərbaycana qarşı düşmən mövqedə olub və molla rejimi Azərbaycanın mustəqilliyini heçbir zaman qəbul etməyib. İran dövləti qonşuluğundakı müstəqil və güclü Azərbaycanın varlığını heçbir zaman həzm etməyib. Azərbaycanın güclənməsini özünə təhlükə sayan molla rejimi hər zaman Azərbaycana qarşı təxribat və terror hərəkətləri həyata keçirib. Birinci və ikinci Qarabağ müharibəsində ermənistanı dəstəkləyən və torpaqlarınızın işğalda qalmasına çalışan İran rejimi Azərbaycanın əleyhinə hər cür çirkin və iyrənc planlar qurdu. Çünki Qarabağda ermənistanla əkib-becərdiyi gizli narkotik plantasiyalarından əldə edilən millyardlarla dollar həcmində qara pullarla beynəlxalq sanksiyaların vurduğu zərəri kompensasiya edirdi. Qərbin və Beynəlxalq birliyin tətbiq etdiyi sanksiyalardan İran rejimi məhz Qarabağda əkib becərdiyi narkotik ticarətindən əldə olunan qara pullarla‚ həmçinin Qarabağın təbii sərvətlərinin talan edilməsi hesabına və ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarındakı bütün tikililəri‚ texnika və qiymətli metalları söküb öz ölkəsinə aparmaqla öz iqtisadiyyatını qoruya bildi. Qarabağın təbii sərvətlərinin‚ qızıl‚ gümüş‚ mis‚ brom‚ molibden və dəmir yataqlarını 30 il boyunca talayaraq İrana aparmışlar. Təkcə yeraltı və yerüstü təbii sərvətləri talamaqla kifayətlənməyərək Qarabağdakı bütün inzibati binaları‚ yaşayış evlərini‚ dövlət obyektlərini söküb material edərək 30 il boyunca Tehrana daşımışlar. Ən ciddi faktor isə Qarabağda ermənilərlə birgə narkotik plantasiyaları əkib-becərərək gizli narkotik ticarətindən əldə olunan yüz milyardlarla maddi qazanc hesabına öz iqtisadiyyatını sanksiyalardan qoruya və hətta daha da inkişaf etdirə bildi. Hətta bu narkotik gəlirlərinin hesabına İran Uranı zənginləşdirməyə davam edərək Nüvə silahı əldə etmək yolunda çalışmaları davam etdirdi və beləliklə Nüvə silahı əldə etməyə çox yaxınlaşmış oldu. Eyni zamanda İran Nüvə silahı proqramlarını inkişaf etdirməklə və Uranı zənginləşdirməklə bərabər həm Qafqazda‚ həm Orta Şərq regionunda terrora dəstək verərək geniş terror ocaqları‚ təxribatçı quruplar‚ gizli casus və agentura şəbəkələri yaratdı. İranın Nüvə silahı əldə etmək planları da terror və hərbi- siyasi məqsədlər üçündür. Hazırda İran rejiminə bağlı olan çox sayda terror qruplaşmaları mövcuddur. Hazırda Azərbaycan öz qanuni torpaqlarını işğaldan azad etdikdən sonra İran bütün bu gizli qazanclarını itirdi. Elə bunun üçün hələ Azərbaycanla ermənistan arasında 2020-ci ilin sentyabrın 27-də müharibə başlayan gündən İran öz zenit qurğuları ilə ordumuzun arsenalında olan PUA-ları dondurmağa‚ proqramını kilidləməyə çalışaraq ordumuzun hücumlarına hər vəchlə mane olmağa çalışdı. Eyni zamanda İran rejimi 44 günlük müharibə boyu ən inkişaf etmiş və ən güclü silahlarını açıq-aşkar Qarabağı işğal etmiş separatçı quldur rejimə Azərbaycana qarşı döyüşmək üçün göndərdi. İran rejimi Xankəndidə yuva salmış separatçı rejimə hal-hazırda əlindən gələn hərbi yardımı edərək Azərbaycana qarşı durmadan silahlandırır.
Ən son da Azərbaycan və Türkiyənin Xəzərdə hərbi təlim keçirməsini bəhanə edərək‚ ermənistanın müharibədə məğlub olması nəticəsində‚ külli miqdarda‚ yəni milyardlarla maddi gəlirlərin əlindən çıxmasından aqressivləşmiş İran molla rejimi hər vasitə ilə Azərbaycana qarşı diş qıcayaraq öz düşmənçilik niyyətini açıq mətnlə ifadə edir. Ən son olaraq İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsinin Azərbaycanın və Türkiyənin ünvanına səsləndirdiyi ağır ifadələr‚ təhdid və hədə-qorxu xarakterli açıqlamaları birbaşa düşmənçilik ifadəsi və etirafıdır. Hazırda İran rejimi Azərbaycanla sərhədə güclü qoşun yığaraq Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyərək hədə-qorxu və təhdid dili ilə danışmaqdadır. Türkiyənin Azərbacanla birgə Xəzərdə hərbi təlimə qatılmasını Xəzəryanı ölkələrin statusu haqqında 2018-cil razılaşmasını əsas gətirərək təhdid etməyə çalışır. Amma halbuki İran Azərbaycanla Türkiyənin birgə hərbi təliminə etiraz edərək istinad etdiyi qanun layihisini hələ də öz parlamentində qəbul etməyib. Bununla bağlı Xəzəryanı ölkələrin və hətta Rusiyanın belə İrana xəbərdarlıqları olmuşdur. İndi İranın molla rejimi riyakarcasına fikir ifadə edərək özünün tanımadığı və qəbul etmədiyi qanun layihəsini sitat gətirərək Azərbaycana və Türkiyəyə etiraz bəyanatı səsləndirərək Azərbaycana qarşı təhdid dolu ifadələr səsləndirir. Amma məsələnin əsl səbəbi Azərbaycanın ermənistan üzərində qazandığı parlaq qələbəsidir və İran rejimi Azərbaycanın qələbəsindən və güclənməsindən bərk qorxuya düşüb. Bu səbəbdən ölkəmizə qarşı hər cür təxribat əməlinə əl atır. İran rejimi Orta Şərq regionundakı terrorçu qüvvələri silahlandırdığı kimi‚ Xankəndidəki separatçı rejimi də bu səbəbdən silahlandıraraq bölgədə terror dalğası əsdirməyə çalışır.

Əvvəla Azərbaycanın beynəlxalq imici və dünyada hörməti çox güclüdür. İran və ya başqa bir ölkə hər nə qədər Azərbaycana qarşı təhdid və hədə dili ilə danışmaq istəsə‚ bu‚ onun özünə qarşı çevrilər. Çünki.: İranın dünyada heçbir nüfuzu yoxdur və dünyada İrana heçbir ölkə dost deyil və əksinə bütün dünya İrana düşməndir. Amma Azərbaycanın güclü nüfuzu və güclü dostluq və ittifaq qurduğu dost və qardaş ölkələr vardır. Kimsə Azərbaycanla hədə dili ilə danışa bilməz. Azərbaycan hər bir ölkənin təhdid və hədəsinə istənilən şəkildə‚ həm hərb cəbhəsində‚ həm də diplomatiya və siyasi cəbhədə məharətlə cavab verməyə qadir olan ölkədir. İran rejimi Zəngəzur dəhlizinin açılmasını və ümumiyyətlə Azərbaycanın öz qanuni torpaqlarını işğaldan azad etməsini və ərazi bütövlüyünü bərpa etməsini‚ güclənməsini‚ inkişaf etməsini‚ ən əsası isə həm hərb cəbhəsində‚ həm diplomatiyada qələbə qazanmasını qətiyyən həzm edə bilmir. Və ona görə ki‚ Qarabağda rus sülhməramlılarının himayəsində gizlənmiş separatçılara dəstək göndərə bilməyəcək və bununla da‚ bilavasitə İranın kirli və çirkli qazancları‚ qara pulları əldən çıxıb. Bu səbəbdən artıq İran rejimi Azərbaycana qarşı kin nə nifrətini boğa bilmir və özünə hakim ola bilməyən‚ emosional‚ cahil və nadan bir simadadır. Və beləcə bu səbəblə qonşu Azərbaycana qarşı kin və nifrət ifadə edir. İranın bu aqressiv hərəkəti‚ təhdid dilləri və düşmənçilik siyasəti‚ heçbir qonşuluq münsibətlərinə sığmır. İran faktiki olaraq göstərmiş olur ki‚ o riyakar‚ xəbis düşüncəli‚ xain və məkrli bir dövlətdir. İran terrora və təxribata meyilli və birbaşa terrorçu bir ölkə olduğuna görə‚ bütün dünya üçün təhlükə mənbəyidir. İranın təxribat və terror siyasətinə qətiyyən göz yummaq və ona güzəştə getmək olmaz. Bu cinayətkar və terrorist dövlət cavabını almadıqca‚ daha da azğınlaşar. Çünki İran dövləti cahil və nadan quruplaşmadan ibarət olan quldur‚ terrorist və cinayətkar bir rejim tərəfindən idarə olunur. Bu da bütün dünyaya açıq bir təhlükə deməkdir. İranın nadan və terrorirst molla rejimi daim ermənistana silah və sursat göndərərək Azərbaycana qarşı ermənistanı hərbi təxribatlar və terror əməlləri törətməyə təhrik edir. İran həm Qafqazda‚ həm də Orta Şərq regionunda öz təsir dairəsindəki agentura‚ casus şəbəkəsi‚ terror təşkilatları vasitəsilə bölgədə bütün sabitliyi və sülhü pozaraq bu regionlara təhlükə icrac edir. Ümumiyyətlə İran rejiminin terror və təxribat yaratmaq siyasəti bütün dünyaya təhlükədir. Təhlükənin qarşısı isə alınmalıdır. İran Nüvə silahına sahib olarsa‚ artıq dünya üçün real faciə deməkdir. Çünki İran dövləti başdan ayağa‚ təpədən dırnağa qədər bir terror dövlətidir.

Ayətulla Amulinin iyrənc və xəbis ruhlu‚ məkrli və mənfur düşmən xarakterli açıqlamalarına gəlincə‚ heçbir zaman Azərbaycana dost olmadılar‚ daim terrorist ermənistanı müdafiə etdilər‚ ermənistanın terrorçu dəstələrini bizə qarşı savaşmaları üçün hər zaman silahlandırdılar və onlara daim döyüş və terorçu təlimləri keçdilər‚ Azərbaycanı qonşu ölkə olaraq yox‚ düşmən ölkə olaraq gördülər‚ hər zaman təhdid və təhqir ifadə etdilər‚ mütamadi Azərbaycana təxribatçı və terorçu quruplar‚ casus və agentura şəbəkələri göndərdilər. Azərbaycan dövlətinin varlığını heçbir zaman həzm edə bilmədilər‚ Qasım Süleymani‚ Şəbüstəri‚ Amili və bunlar kimi bir çoxlarının dili ilə daim bizə hədə və təhdid‚ qarğış səsləndirdilər, qonşu ölkə kimi yox‚ düşmən ölkə kimi davrandılar‚ heçbir qonşuluq və insanlıq kitabına sığacaq addım atmadılar‚ terror dövləti olaraq‚ teror‚ təxribat və provokasiya yaradan ölkə olaraq tarixə düşdü İran rejimi. İndi də bu Amuli meydana çıxaraq İranın ali rəhbərinin adından Azərbaycana təhdid və hədə bəyanatları səsləndirir. İran rejiminin bütün hərəkətləri göstərir ki‚ bu cinayətkar və terrorist rejim bütün insanlıq və hüquq qanunlarından‚ bütün insanlıqdan‚ hümanizm prinsiplərindən‚ Allahın vacib hesab etdiyi bütün ali və dini dəyərlərin hökm və tələblərindən çox uzaq olan‚ öz maddi marağı naminə bütün cinayətləri məqbul və qanuni hesab edən cinayətkar və terrorist bir ölkədir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?