azadses.az » Siyasət » Cənubi Qafqaz və Mərkəzi Asiya: Ağ Evin maraqları, Azərbaycanın mesajı – TƏHLİL

Cənubi Qafqaz və Mərkəzi Asiya: Ağ Evin maraqları, Azərbaycanın mesajı – TƏHLİL

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda çıxışı qlobal güclərin çəkişməsi fonunda Bakının tezislərini təqdim edir.

Hazırda beynəlxalq münasibətlər sistemində bir-birinə əks qütbdə dayanan tərəflərin diqqətini Mərkəzi Asiyaya cəmləşdirdiyi tendensiyaları müşahidə edilir, Mərkəzi Asiyaya girişin isə bir neçə qapısı var.

Xəzər dənizində enerji təhlükəsizliyi və qüvvələr balansı Qərb kuluarlarının maraq dairəsində əhəmiyyətli yer tutur, çünki Xəzər dənizi Avropanın enerji təminatının xəritəsinə yeni rəng qatan təbii resurslara malikdir.

Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycan qazı Avropaya tədarük olunur, Ukrayna böhranının gedişatında Rusiyanın Avropaya yarada biləcəyi “qaz şantajı” isə Cənub Qaz Dəhlizinin əhəmiyyətini artırır.

İndi Qərbin masasında Azərbaycan qazının və ya Türkmənistanın İran vasitəsilə Azərbaycana satdığı qazın marşrutunun Avropa bazarlarında şaxələndirilməsi prioritetlər kimi dayanır.

Xəzəryanı dövlətlərdən Azərbaycan, Türkmənistan, Qazaxıstan (hər ikisi Mərkəzi Asiya ölkəsidir) Qərb üçün daha cəlbedicidir, Rusiya və İranla isə məlum səbəblərdən dolayı enerji sahəsində əməkdaşlığın rəngi tünddür.

Qərb Transxəzər layihəsinin də işə salınmasına çalışır, hərçənd ki, bunun toxumu səpilib, söhbət Türkmənistan qazının İran vasitəsilə Azərbaycana satışından gedir, gələcək hədəflərdə isə bu qazın Avropaya ixracı imkanları nəzərdən keçiriləcək.

Xəzər dənizindəki ABŞ-ın prioritetlərində yer tutan ölkələrin enerji resursları Ağ Evə xüsusi hərarət verir, bununla da Vaşinqton vəcdə gəlir, Xəzər platformasını bir neçə istiqamətə yönəltməyə imkan verən fürsətlər pəncərəsi kimi nəzərdən keçirir.

Yəni ABŞ:

1. Xəzərdəki aktivliklə Mərkəzi Asiyaya qapı açır,

2. Vaşinqton Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında bağ yaradan “ip” çəkir və maraqlarını iki ayrı regionda sinxron şəkildə təmin etməyə çalışır,

3. Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq niyyətlərini güdür,

4. Siyasətindəki qırmızı xətt olan Avropanın enerji təhlükəsizliyi üçün immunitet formalaşdırır.

ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Donald Lu vebinarda Mərkəzi Asiyanın beynəlxalq təhsil və qlobal mədəniyyətlə bağlılığını vurğulaması Vaşinqtonun bölgə üzərindəki təsirini artırmaq cəhdlərinin bəyanı kimi başa düşülməlidir.

Bu siyasətin Cənubi Qafqazdakı maraqlarla sinxron hala gəlməsi üçün atılacaq addımlar dövlət katibin digər köməkçisi Karen Donfridin dilindən deyilir: “ABŞ Cənubi Qafqazda dinc, demokratik və firavan gələcəyin qurulmasında sadiq tərəfdaş olaraq qalır”.

Hikmət Hacıyev vebinarda ABŞ diplomatlarının fikirlərinə qüvvət olaraq Bakının Vaşinqtonla ABŞ-Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Gürcüstan formatında işləməyə hazır olduğunu deyib.

Cənab Hacıyev ardınca ABŞ-ın Cənubi Qafqazın rebrendinqinə ehtiyacını ABŞ-ın rolu ilə qarşılamasının vacibliyini dilə gətirib.

Hikmət Hacıyevin dedikləri MDB məkanında cərəyan edən mənfi tendensiyaların Cənubi Qafqaza sıçramaması üçün yeni müdafiə mexanizminin yaradılması istiqamətindəki addım kimi başa düşmək lazımdır.

Azərbaycan Rusiyaya qarşı qurulan platformalarda iştiraka can atmır, ancaq təhlükəsizlik ehtiyaclarını ödəmək üçün yeni müdafiə mexanizmlərində iştirakdan da məmnundur.

Cənubi-Qafqazla Mərkəzi Asiya arasında əlaqəni yaradan marşrutlardan biri də Zəngəzur dəhlizidir, görünür ki, Rusiya ilə yanaşı, ABŞ da bu dəhlizin açılmasında olduqca maraqlıdır.

Ancaq məsələni çətinləşdirən məqam Kreml-Ağ Ev kəskin rəqabətinin müşayiəti ilə baş verən proseslərdir, tərəflər Zəngəzur dəhlizini bir-birinə qarşı çevirmək niyyətlərindən qaçmırlar. Bura Çin amilini də əlavə etsək, tablo daha da tündləşir.

Bundan sonra zaman nəyə şahidlik edəcək?

Cənubi Qafqazdakı yeni konfiqurasiya, MDB məkanındakı qeyri-müəyyən vəziyyətin yarada biləcəyi yan təsirlər Bakının hərbi təhlükəsizlik sferasını genişləndirəcək. Əvvəl-axır Azərbaycan qazı Avropa bazarlarında şaxələndiriləcək və Cənub Qaz Dəhlizinin illik ötürücülük gücü artırılacaq.

Bakının Ankara ilə hərbi ittifaq modelini hüquqi çərçivəyə salması reallaşacaq. Bu modeldə Gürcüstana da yer veriləcək.

Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərini bu vebinar kontekstindən dəyərləndirsək, belə qənaət hasil edə bilərik.

Aqşin Kərimov
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?