Ağ Evdən Tehran sammitinə reaksiya: “Rusiya kömək üçün İrana üz tutmağa məcburdur”
- 20-07-2022, 10:21
- Siyasət

Mətbuat konfransında Kirbidən ABŞ-ın Rusiya liderinin Tehrana səfərinə necə şərh edəcəyi soruşulub.
“Birincisi, bu, Putin və Rusiyanın təcrid dərəcəsini göstərir. İndi onlar kömək üçün İrana üz tutmağa məcburdurlar”, - deyə o, bəyan edib.
Həmçinin, Ağ Ev rəsmisi sanksiyalar və ixrac nəzarəti səbəbindən Rusiyanın yüksəkdəqiqlikli idarə olunan raketlər və müasir sistemlər, tanklar, hətta təyyarələr, xüsusən də mikroelektronika ilə bağlı problemləri olduğunu qeyd edib.