İranlı deputat: “İran və Azərbaycan arasında nəqliyyat əlaqələrinin inkişafı regionun xeyrinədir”
- 5-09-2022, 19:15
- Siyasət

A.Meşkini İranın şimal-qərbdə Azərbaycan və digər qonşu ölkələrlə nəqliyyat əlaqələrinin inkişafı ilə bağlı bildirib ki, region ölkələri, xüsusilə qonşuları ilə əlaqələrin möhkəmləndirilməsi İranın diplomatiya sahəsindəki ən mühüm siyasətlərindən biridir.
Ərdəbil vilayətinin Meşkinşəhr şəhərini İslam Şurası Məclisində təmsil edən millət vəkili əlavə edib:
“Azərbaycan Respublikası regionun mühüm və inkişaf edən ölkələrindən biridir və Qafqazın mərkəzində yerləşir, həm də İranla eyni dili, mədəniyyəti, tarixi, dini və ortaq maraqları paylaşır”.