azadses.az » Siyasət » Praqa görüşü: Paşinyan bölgəyə Rusiyaya qarşı qüvvə gətirir - ŞƏRH + FOTO

Praqa görüşü: Paşinyan bölgəyə Rusiyaya qarşı qüvvə gətirir - ŞƏRH + FOTO

Son görüşün bundan sonrakı danışıqlar prosesinə təsiri necə olacaq? Bundan sonra bizi nələr gözləyir? Bu addım sərhəddə erməni təxribatlarının qarşısını alacaqmı? Ümumiyyətlə, Praqa görüşlərindən sonra Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesi hansı istiqamətdə cərəyan edəcək?

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Ötən həftə Praqada Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Fransa prezidenti və Avropa İttifaqı Şurası prezidentinin iştirakı ilə keçirilən görüşün sonunda bəyanat imzalandı. Həmin sənəddə müəyyən razılaşmalar yer aldı. Tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanıdıqlarını rəsmən bəyan etdilər. Maraqlıdır ki, Praqa görüşünün bundan sonrakı danışıqlar prosesinə təsiri olacaqmı? Bundan sonra bizi nələr gözləyir? Bu addım sərhəddə erməni təxribatlarının qarşısını alacaqmı? Ümumiyyətlə, Praqa görüşlərindən sonra Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesi hansı istiqamətdə cərəyan edəcək?

Paşinyan götürdüyü öhdəliyi yerinə yetirmək üçün cəhd edir

Politoloq Əlimusa İbrahimov bildirib ki, Praqa görüşlərinin bu vaxta qədər keçirilən görüşlərdən fərqi onda idi ki, burada təkcə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri deyil, Türkiyə, Fransanın dövlət başçıları və Avropa İttifaqının nüfuzlu nümayəndələri də iştirak edirdilər:

“Bu da onu deməyə əsas verir ki, əldə olunan razılıqlardan boyun qaçırmaq mümkün olmayacaq. Digər tərəfdən, biz əldə edilən razılaşmaların real həyatda nəticəsini hiss etməliyik. Düşünürəm ki, Paşinyan da artıq ayrı-ayrı dövlətlərin liderlərinin qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün cəhd edir. Amma Ermənistanda Paşinyandan asılı olmayan səbəblər də var. Hansı ki, onlar Praqada razılaşdırılan məsələlərin həyata keçirilməsində baş nazirə problemlər yarada bilər. Bu, ilk növbədə Rusiya faktorudur. Rusiya Avropa İttifaqının təqdim etdiyi plan və sülh müqaviləsinə mane olmağa çalışır. Çünki Rusiya ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə çox ciddi fikir ayrılıqları və rəqabət var. Biz bunu Cənubi Qafqaza baxışda da görə bilərik”.



“Ermənistan Rusiya faktorundan uzaqlaşa bilsə...”

Ə.İbrahimov vurğulayıb ki, Praqada razılaşdırılan məsələlərin həyata keçirilməsinin qarşısını ala biləcək qüvvə Rusiyadır:

“Rəsmi Moskvanın Ermənistan üzərində çox böyük təsiri var və İrəvanı istədiyi kimi yönləndirə bilir. Əgər Ermənistan Rusiyanın buxovlarından azad olub Praqada əldə edilən razılaşmaları həyata keçirəcəksə, onda bu görüş fayda verəcək. Yəni bu görüşdən əldə edilən nəticələr həm Azərbaycan, həm də Ermənistan üçün gələcəyə istiqamətdə alternativlər müəyyən edəcək. Hesab edirəm ki, Avropa İttifaqının da Ermənistana təsir etməsinin əsas səbəbi odur ki, onlar da İrəvanın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan başqa yolunun olmadığını dərk edirlər. Onlar da artıq Paşinyana bu və ya digər dərəcədə təsir edərək onun Azərbaycanın təqdim etdiyi sülh müqaviləsini imzalamasını istəyirlər. Hesab edirəm ki, Ermənistan Rusiya faktorundan uzaqlaşa bilsə, Praqada keçirilən görüşlərin nəticəsi olacaq”.

Paşinyan ərazi bütövlüyümüzü Qərb masasında da tanıdı

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Praqa görüşünün sonunda qəbul edilən bəyanat daha çox siyasi xarakter daşıyır və hələ hüquqi tərəfi yoxdur:

“Siyasi bəyanat olsa belə, burada ən mühüm məqam Azərbaycanın suverenliyinin tanınmasıdır. Bununla həm də Qarabağın Azərbaycan ərazisi olması bir daha siyasi cəhətdən bəyan edildi. Paşinyan bunu tək Rusiyanın deyil, həm də Qərbin masasında da qəbul etmiş oldu. Digər məqam ondan ibarətdir ki, biz Brüssel bəyanatının praktikada işləməsini görmədik. Rusiya faktoru fonunda yanaşdıqda Praqa bəyanatının da praktikada tətbiqi ehtimalı azdır. Yəni Rusiyanın bu məsələyə necə yanaşacağı məsələsi var. Burada maraqlı məqam həm də bəyanatdan irəli gələrək Avropa İttifaqı və Fransanın mülki missiya adı altında bölgəyə gəlişidir. Belə bəlli oldu ki, Azərbaycan sərhədlərin müəyyənləşməsi məsələsi ilə bağlı həmin missiya ilə əməkdaşlıq edə bilər. Amma Ermənistan ərazisində bu missiyanın fəaliyyət göstərməsi o deməkdir ki, Paşinyan hökuməti bölgəyə Rusiyaya qarşı qüvvə gətirir. Hesab edirəm ki, bu, ən mühüm məqamdır və sonrakı proseslərə də təsir edə biləcək. Rusiyanın da bu məqama necə yanaşacağı şübhəlidir. İndi olmasa belə, Rusiya bununla bağlı Ermənistana qarşı sərt mövqe sərgiləyəcək və ya addımlar atacaq”.



“Azərbaycanın önəmi Rusiya üçün daha da artacaq”

Siyasi şərhçi hesab edir ki, Ermənistanın Qərbə qucaq açması indiki halda Azərbaycanın Rusiya masasındakı əlini gücləndirəcək:

“Bu, Rusiyanın Azərbaycanın maraqlarına uyğun mövqedən çıxış etməsinə zəmin yarada bilər. Yəni Azərbaycanın önəmi Rusiya üçün daha da artacaq. Digər bir məqamı da qeyd edim ki, sərhədlə bağlı missiya iki ay müddətində fəaliyyət göstərəcək. Bu iki ay müddətində də tərəflər arasında gərginliyin qarşısı müəyyən qədər alınacaq. Amma sonrakı prosesdə bu missiya həlledici ola bilməz. Çünki sərhədin delimitasiya və demarkasiyası sovet dönəminin xəritələrinə uyğun aparılmalıdır ki, bu xəritələr də Rusiyanın əlindədir. Belə bir məqamda Fransanın göndərdiyi hər hansı iki aylıq missiya buradakı gündəmi dəyişmək gücündə deyil. Ermənistan tərəfi Rusiyanın qarşısını almamaq üçün sərhəd məsələsində onların da mövqeyini müəyyən qədər nəzərə almalıdır. Artıq Fransanın Prezidenti Makronun müşaviri Ermənistana gəlib və müdafiə naziri Suren Papikyanla görüş keçirib. Hesab edirəm ki, bu görüş missiyanın gəlişinin təşkili ilə bağlıdır. Fransa tərəfi ilk addımı atıb. Təbii ki, burada Rusiyanın verəcəyi reaksiyadan çox şey asılıdır. O da istisna deyil ki, Rusiya indiki dövrdə buna göz yumsun. Bu, əlbəttə ki, Ukraynadakı vəziyyət və gələcəkdə Avropa İttifaqı ilə müəyyən təmasların qurulması ilə bağlıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?