azadses.az » Siyasət » Finlandiya səfiri: “Cənubi Qafqazda sabitliyə ancaq danışıqlar yolu ilə nail olmaq olar”

Finlandiya səfiri: “Cənubi Qafqazda sabitliyə ancaq danışıqlar yolu ilə nail olmaq olar”

Azərbaycanla Finlandiya arasında diplomatik əlaqələr 30 illik tarixə malikdir və bu müddət ərzində ölkələr arasında əməkdaşlıq sürətlə inkişaf edib.

“Report” iqamətgahı Ankarada olan Finlandiyanın Azərbaycandakı, eyni zamanda Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen ilə müsahibəni təqdim edir. Səfir ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini şərh edib.

- Finlandiya ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

- Beynəlxalq təşkilatların öz proqramları, dinamikası var. Bizim gündəmlərimiz nə qədər üst-üstə düşürsə, bir o qədər sıx əməkdaşlıq yaranır. Məsələn, bu yaxınlarda Nyu-Yorkda BMT-nin himayəsi altında su ehtiyatları üzrə konfransda hər iki ölkə - Finlandiya və Azərbaycan çox fəal iştirak ediblər, çünki su və su ehtiyatlarının səmərəli idarə edilməsi hər iki ölkə üçün vacibdir. Azərbaycan həmçinin təşəbbüskarı Finlandiya olan su ehtiyatlarına dair bir çox beynəlxalq konvensiyaların iştirakçısıdır.

- 2025-ci ildə ATƏT-in sədri Finlandiya olacaq. Ölkənizin sədrliyi dövründəki prioritetləri barədə ətraflı məlumat verə bilərsinizmi?

- Bu ilin aprelində Finlandiyada parlament seçkiləri keçirilib. İyunun 20-də yeni hökumət qurulub və yeni xarici işlər naziri təyin olunub. Buna görə də prioritetlərlə bağlı hələ konkret qərarlarımız yoxdur. Üstəlik, ATƏT-in hələ 2024-cü il üçün sədri yoxdur və bu da bizim sədrlik dövrümüzə hazırlığı çətinləşdirir.

Finlandiya tarixən ATƏT dəyərlərinin müdafiəçisi olub. Söhbət çoxtərəfli təhlükəsizlik və beynəlxalq hüququn aliliyindən gedir. Finlandiyanın sədrliyinin 50-ci ildönümünü aydın prioritetlər və nəticələrlə həyata keçirməsi üçün ATƏT-in hazırkı çətin dövrün öhdəsindən gəlməsi, qurumun büdcəsini təsdiqləməsi və digər zəruri qərarlar qəbul etməsi çox vacibdir.

- Cənubi Qafqaz regionunda mövcud vəziyyəti, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların bərpasını necə qiymətləndirirsiniz? Sizcə, regionda sülh nə vaxt bərqərar olacaq?

- Birincisi, sülh sazişi və onun şərtləri üzrə dialoqun bərpa olunması yaxşı və çox vacib məsələdir. Dayanıqlı sülh və sabitlik yalnız danışıqlar yolu ilə əldə oluna bilər. Belə ki, onlar qarşı tərəfin də mövqeyini görmək və lazımi güzəştlərə getmək üçün bu danışıqlar zamanı kifayət qədər siyasi iradə nümayiş etdirə bilər. Məcburedici sülh davamlı deyil. Tarixdə bununla bağlı bir neçə nümunə var. Tərəflər həmçinin sərt ritorikadan çəkinməli və dialoqu dəstəkləmək üçün barışdırıcı fikirlər səsləndirməlidirlər.

Avropa İttifaqı və Aİ Şurasının Prezidenti Şarl Mişel bu prosesə kömək etmək üçün böyük səy göstərib və Finlandiya Aİ ölkələri ilə birlikdə bu işi dəstəkləyir. Aİ-nin səyləri ABŞ-ın fəal rolu ilə üst-üstə düşür və buna görə də hər ikisinə ehtiyac var. Ümid edirəm ki, qarşıdakı görüşlər prosesi iki ölkə xalqlarının razılaşa biləcəyi nəticəyə aparacaq.

Əslində, vaxtla bağlı çərçivələr əhəmiyyət kəsb etmir. Ən əsası saziş imzalanandan sonra nələrin baş verəcəyidir. Onun həyata keçirilməsi isə hazırda qeyri-müəyyən olan inamın yaradılmasını tələb edir. Dayanıqlı sülh transsərhəd əlaqələrin - ticarət, nəqliyyat, kommunikasiya, humanitar, ekoloji, inzibati və s. sahələrdə münasibətlərin yüksələn istiqamətdə tendensiyasını tələb edir. Məqsəd odur ki, sonda qonşular düşmən yox, sadəcə qonşu olsunlar. Amma buna vaxt lazımdır. Ən vacib məsələ sərhədin delimitasiyası və demarkasiyasına başlamaqdır. Bunlar olmasa, qorxuram ki, atışmalar davam edəcək və hər iki tərəfin həm mülki şəxsləri, həm də hərbçiləri əziyyət çəkəcəklər. Bu proses də vaxt tələb edir. Lakin buna başlamaq çox vacibdir.

- Finlandiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləməkdə maraqlıdırmı?

- Şirkətlər adətən mürəkkəb, çox vaxt aparan və bahalı tenderdə iştirak etməzdən əvvəl bazar və biznes mühiti ilə tanış olurlar. Beləliklə, ilk addım Finlandiya və Azərbaycan şirkətlərinin bazarla və bir-biri ilə tanış olması üçün birləşməsidir. Bu ilin sonunda həm Helsinkidə, həm də Bakıda biznes forum tipli görüşlər keçirməyi planlaşdırırıq. Mayda Bakıda Şimal Biznes Klubu açılıb. Bütün bunlar həm də əlaqələri genişləndirmək, işgüzar imkanları və tərəfdaşlıqlar haqqında məlumat mübadiləsi aparmaq üçün həyata keçirilir.

- İki ölkə arasında enerji sahəsində əməkdaşlığa münasibət bildirə bilərsinizmi? Finlandiya bərpa olunan enerji mənbələri sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdırmı?

- Finlandiya şirkətləri, şübhəsiz ki, enerji, bərpa olunan enerji, ekologiya, su ehtiyatlarının idarə edilməsi, rəqəmsallaşma və kənd təsərrüfatı sahələri ilə bağlı texnologiyalarla daha çox maraqlanırlar, çünki Finlandiya məhz bu sektorlarda yeniliklər tətbiq edir. Bu sahələr həm də Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir. Əvvəllər Rusiyada fəaliyyət göstərmiş demək olar ki, bütün Finlandiya şirkətləri artıq bu ölkəni tərk edib. Odur ki, onlar Cənubi Qafqaz və Mərkəzi Asiya daxil olmaqla, yeni bazarlar, tərəfdaşlar axtarışındadırlar.

- Bəs ölkələr arasında iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi barədə nə deyə bilərsiniz?

- Hazırda praktiki olaraq fəaliyyət göstərməyən Rusiyanın Şimal Dəhlizini kompensasiya edən Orta Dəhliz formalaşdıqca logistikaya maraq artır. Bakı dəniz limanının rəqəmsallaşdırılması onun xidmətlərinin inkişafında mühüm addımdır. Bir sözlə, istifadə edilə biləcək potensial var. İnvestor üçün biznes mühiti, maliyyə bazarının şərtləri, onun şəffaflığı və qanunun aliliyi vacibdir. Azərbaycan bazarında ənənəvi tərəfdaşlıq əlaqələri çox güclüdür. Buna görə də yeni gələnlərin buraya daxil olması çətindir. Amma biz bunu etməyə çalışırıq.

- Estoniya ilə Azərbaycan arasında informasiya texnologiyaları sahəsində fəal əməkdaşlıq mövcuddur. Bəs Finlandiya bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdırmı?

- Finlandiya və Estoniya ən yaxşı tərəfdaşlar olduğundan, bəlkə də bu, Finlandiya ilə əməkdaşlıq yolu ilə genişləndirilə və tamamlana bilər. Üstəlik, buraya informasiya-kommunikasiya texnologiyalarının mühüm tərkib hissəsi olan kibertəhlükəsizlik sahəsi daxildir.

- Finlandiya ilə Azərbaycan arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz? Tələbə mübadiləsini artırmaq üçün nə etmək lazımdır?

- Tələbələr üçün ölkəyə giriş icazələrinin verilməsi ilə də məşğul olduğumuz üçün bu sahədə müəyyən əməkdaşlıq var: əsasən universitetlər və Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı arasında birbaşa əlaqələr vasitəsilə. Bu tendensiya alqışlayırıq və bu genişləndirilməlidir. Ölkələrimiz arasında körpülər və əlaqələr qurmaq üçün insanlar arasında istənilən təmas lazımdır. Bu, adətən marağın artmasına, həmçinin turizm və biznesin inkişafına səbəb olur. Təhsil sisteminə gəlincə, Finlandiya sistemi dünyada yaxşı tanınır və biz öz təcrübəmizi məmnuniyyətlə bölüşürük. Bəlkə də, yaxşı əməkdaşlıq sahəsi dillərin öyrənilməsi və müəllimlərin hazırlanması, eləcə də bu yaxınlarda finlandiyalı mütəxəssislərin azərbaycanlı jurnalistlər üçün keçirdiyi seminarda müzakirə olunan media savadlılığı ola bilər
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?