azadses.az » Siyasət » İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs etdi

İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs etdi

İsrail mediası bu ölkədə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudinin Tel-Əviv Yafoda müstəqil Azərbaycan dövlətinə dəstək və Ermənistanın təcavüzünə etiraz məqsədilə keçirdiyi 9 avqust 2020-ci il tarixli aksiyasını işıqlandırmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, İsrailin ILTV beynəlxalq telekanalının “İsrail xəbərləri” proqramında yayımlanan süjetində, “The Jewish Press” informasiya agentliyinin “İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib” başlıqlı xəbərində bildirilib ki, 600 nəfərə yaxın Azərbaycan mənşəli yəhudi şəhər boyunca yürüşdən sonra erməni mədəniyyət mərkəzinin və erməni kilsəsinin önündə nümayişə toplaşıb. 
Həmvətənlərimiz Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədini artilleriya atəşinə tutması, 12 hərbi qulluqçunun və 76 yaşlı mülki şəxsin həlak olması xəbərindən hiddətləndiklərini bildiriblər. Onlar Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu uzun illərdir işğalda saxlamasına kəskin etirazlarını ifadə ediblər.
Tədbirdə ravvin Şmuel Siman Tov, siyasi analitik Arye Qut, “İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli və başqalarının çıxış etdikləri, İsrailin mültikulturalizmin, tolerantlığın hökm sürdüyü Azərbaycanla həmrəy olduğunu bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdıqları vurğulanıb. Onlar faşist əlaltısı olan Qaregin Njde kimilərinə heykəl ucaltmaqla Holokost qurbanlarının xatirəsini təhqir edən Ermənistanın iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirə bilməyəcəyini bəyan ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yəhudi əsilli azərbaycanlıların da həlak olduğu faktını xatırladan natiqlər Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistanın işğalından azad edilməsini, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz tarixi torpaqlarına qaytarılmasını tələb ediblər.
Qeyd edək ki, ILTV beynəlxalq telekanalının “İsrail xəbərləri” proqramının 13.33-cü dəqiqəsindən başlayaraq göstərilən süjetdə Tel-Əviv Yafoda keçirilmiş aksiya, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları barədə ətraflı məlumat verilib, eləcə də Tovuz rayon sakinlərinin fikirlərinə yer verilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu