EULEMA-nın sədri: Bu tədbir Azərbaycanın islamofobiya ilə mübarizədə nümunə ola biləcəyini göstərir
- 27-05-2025, 08:55
- Siyasət
İslamofobiya ilə mübarizə tədbiri Azərbaycanın bu istiqamətdə fəaliyyətdə nümunə ola biləcəyini göstərir.
“Report” xəbər verir ki, bunu COREIS-in vitse-prezidenti, EULEMA-nın sədri İmam Yəhya Pallavicini “Avropada antimusəlman qanunvericiliyinin institusionallaşması. Radikallaşma fonunda antimusəlman ritorikası və yayılmış islamofobik əhval-ruhiyyə” mövzulu panel sessiyada deyib.
“Artıq bir neçə dəfə Azərbaycanda olmuşam və bu gün burada keçirilən islamofobiya ilə mübarizə tədbiri Azərbaycanın bu istiqamətdə fəaliyyətdə nümunə ola biləcəyini göstərir. Çünki bura ikili standartların hökm sürmədiyi bir yerdir”,- o əlavə edib.
Natiq avropalıların öz güclərindən istifadə edərək islamofob davranışları artırdığını vurğulayıb:
“Onlar unudurlar ki, təkallahlı dinlər Şərqdən Avropaya doğru gəlib. Monoteizmin mənşəyi - yəhudilik, xristianlıq və islam - bu üç ailə də Şərqdən gəlib və Qərbə yayılıb. Qərbin qəfil yəhudi-xristian qaydalarının səhv bir yozumunu “kəşf etməsi” tarixi, teoloji və Şərqlə Qərb arasındakı düzgün münasibətlərlə uzlaşmayan bir yanaşmadır".
İmam Yahya Pallavicini bildirib ki, müsəlmanları qurban kimi göstərmək, digər dinlərə qarşı ayrı-seçkilik etmək qəbuledilməzdir.