Abdelmacid Nacar: İslam məqsədyönlü ayrı-seçkiliyə məruz qalır
- 27-05-2025, 09:43
- Siyasət
İslam qanunvericilik və ictimai şüur səviyyəsində məqsədyönlü ayrı-seçkiliyə məruz qalır, burada "güclü silah" kimi KİV və sosial şəbəkələr rol oynayır.
"Report" xəbər verir ki, bunu Qətərin Beynəlxalq Müsəlman Alimlər Birliyinin vitse-prezidenti Abdelmacid Nacar Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı bildirib.
"Müasir media və sosial şəbəkələr çox vaxt İslamı təhrif edir, geniş auditoriyada bu dinə qarşı stereotiplər və qərəzli münasibət formalaşdırır", - o bildirib.
A.Nacar vurğulayıb ki, islamofobiyanın artmasının səbəblərində biri də cəmiyyətlərin bu din haqqında kifayət qədər məlumatlı olmamasıdır: "Cəhalət qorxu və nifrət doğurur. Biz dezinformasiyanın yayılması ilə müsəlmanlara qarşı qərəzli yanaşmanın və düşmənçilik təzahürlərinin sayının artdığını görürük".
O həmçinin bir sıra ölkələrdə anti-İslam əhvali-ruhiyyəsinin hətta qanunvericilik səviyyəsində özünü göstərməsindən narahatlığını ifadə edib: "Fransada, məsələn, hicab geyinməyə qadağa var. Bu, bitərəflik adı altında əsas insan hüquqlarını məhdudlaşdırmaq cəhdidir. Bundan əlavə, bu cür tədbirlər əhalinin bir hissəsi arasında dəstək tapır ki, bu da dərin kök salmış qərəzləri yanaşmalardan xəbər verir".