azadses.az » Siyasət » SON DƏQİQƏ! Həbsdə olan sabiq icra başçısı Prezidentə müraciət etdi

SON DƏQİQƏ! Həbsdə olan sabiq icra başçısı Prezidentə müraciət etdi

Həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edərək bağışlanmasını  xahiş edib.
''Azad Səs'' Oxu24.com -a daxil olan müraciəti təqdim edir:
Mən vəkil, Y.İsmayılov hal hazırda İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin hüquqlarını müdafiə edirəm. Vilyam Hacıyevin açıq şəkildə Dövlətimizin başçısına müraciəti var. Onun dediklərini Sizə çatdırıram.
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq müraciəti.
 
Möhtərəm cənab Prezident,
Mən Vətənimiz ugrunda vuruşmuşam, Azərbaycan xalqı naminə 1992-1993-cü illərdə döyüşmüşəm və müharibə veteranıyam. Ulu öndər Heydər Əliyev məni 10 may 1992-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının müdafiəsi zamanı göstərdiyim xüsusi sayıqlıq, qəhramanlıq və şücaətimə görə Naxçıvan Muxtar Respublikasının fəxri vətəndaşı adı ilə təltif etmişdir.
 
Möhtərəm cənab Prezident,
 
Mən tutdugum vəzifələrdən asılı olmayaraq heç bir zaman kasıbın malına göz dikməmişəm. Hər zaman çalışmışam ki, Xalqımızın yanında olum, maddi dəstəyə ehtiyacı olana maddi, mənəvi dəstəyə ehtiyacı olana mənəvi və xidməti köməyə ehtiyacı olana xidməti köməklik edim. Siz məni 2004-cü ildən Göygöl, Samux və İmişli rayonlarının İcra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin etmisiniz. Bu təyinatlar Sizin mənə göstərdiyiniz etimad olub. Mən də çalışmışam ki, etimadlarınızı dogruldum. 2012-ci ildə Siz məni İmişli rayon icra hakimiyyətinin başçısı təyin etdiniz və Sizin dəstəyinizlə mən rayonun inkişafı üçün bacardıgım qədər çalışdım. Bir neçə ay sonra Siz rayona səfər etdiyiniz zaman İmişli rayonunun bir neçə ay ərzində necə sürətlə inkişaf edib müsbətə dogru dəyişilib, gözəlləşməsini çıxışınızda vurğuladınız.
Bu illər ərzində də ALLAH və İmişli rayonunun sadə əhalisi şahiddir ki, mən İmişli rayonunun hər bir kəndinə dəfələrlə getmişəm, əhalinin arasında olmuşam, onların problemlərinin həll olunması üçün yerli icra hakimiyyətinin səlahiyyətində olan məsələləri həll edib, digər qurumlarla baglı olan məsələlərin həlli üçün isə həmin qurumların rəhbərlərinin nəzərinə çatdırmışam. Aydınlıq gətirmək istəyirəm ki, Xidməti dövrümdə Azərsun Holdingin, İmişli Şəkər zavodunun şəhərciyində qalmışam və orada qalarkən mənə rüşvət yox, cinayət yolu ilə əldə olunmamış, müxtəlif şəxsi imkanlarla Bayraq Muzeyinin tikintisi üçün nəzərdə tutulmuş vəsait verilmiş və həmin vəsait verilərkən video görüntü ilə çəkilmişdir.
 
Möhtərəm cənab Prezident,
 
Bu illər ərzində çalışmışam ki, işlədiyim bütün rayonlara bacardığım yaxşılıqları edim. Büdcədən kənar, öz şəxsi imkanlarımla rayon üçün etdiyim, xatırladığım bir sıra işləri sadalamaq istəyirəm:
 
1.İmişli 5 saylı orta məktəbin əsaslı təmiri.
2.Şahmat məktəbinin tikintisi.
3.İmişli şəhəri Mərkəzi prospektinin bir hissəsinin təmir, tikinti və işıqlanması.
4.Bayraq muzeyinin tikilməsi.
5.İmişli şəhərində Məscidin təmiri.
6.1 Uşaq baxçasının tikilməsi.
8.Asan Parkın genişləndirilməsi.
9. 10-dan çox az təminatlı şəxsə fərdi həyatyanı evlərin tikilib verilməsi.
10. Bir çox vəziyyəti ağır olan şəxslərin tibbi əməliyyatlarının xərclərinin ödənilməsi.
Və sair.
 
Bütün bu etdiklərimdən sonra həbs olunmağım məni çox məyus edir. Cənab Prezident mənim təyinatlarım, Sizdə bilirsiniz ki, şəxsən Sizin iradənizlə baş tutub və mən də hər zaman Sizə sədaqətli olmuşam. Xidməti nöqsanlar qaçılmazdır. Əlbəttə ki, demək olar əksəriyyət hər bir rəhbər heyətdə çalışan dövlət və özəl qurumların rəhbərlərindən narazı olan şəxslər də olur. Hal hazırda İstintaq gedir, mən çox ümid edirəm və inanıram ki, mənimdə təqsirsiz olduğum sübuta yetirilər.
 
Möhtərəm cənab Prezident,
 
2019-cu ilin yay aylarından səhhətimdə ciddi problemlər yaranmışdır. Buna dair müvafiq müayinə və həkim rəyləri məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş tibbi rəylərdən də görünür ki, mən cərrahi əməliyyat olunmalı və ya stasionar şəraitdə müalicə almalıyam. Əks təqdirdə səhhətim üçün geri dönüşü omayan ciddi fəsadlar yarana bilər. Bütün bunları nəzərə alaraq mənim hazırkı vəziyyətdə ev dustaqlığına keçirilməyim üçün aidiyyəti instansiyalara müvafiq tövsiyyələrinizi verməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm.
 
 
Hörmətlə                                                     Vilyam Hacıyev
 
07 sentyabr  2020-ci il

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?