azadses.az » Siyasət » "Partiya ilə bağlı şəxsi fikrini ortaya qoyur" — YAP-çı deputatdan Mir Şahinə CAVAB

"Partiya ilə bağlı şəxsi fikrini ortaya qoyur" — YAP-çı deputatdan Mir Şahinə CAVAB

Hakim Yeni Azərbaycan Partiyasında dəyişiklik etməyin vacibliyi barədə son vaxtlar çağırışlar eşidilməkdədir. Bəziləri hesab edir ki, 27 ildir hakimiyyətdə olan partiyada sanki bir yorğunluq, passivlik yaranıb. Bu barədə fikirlər artıq telekanallarda da ifadə olunur. Məsələn, REAL TV-də Mir Şahin partiyanın passivliyini bildirib və tənqid edib. Partiyada bir “metal yorğunluğu”nun son zamanlar müşahidə edildiyi iddia olunub.

Bəs Yeni Azərbaycan Partiyasında bu barədə nə düşünürlər? Dəyişiklik etmək, aktivləşmək barədə tənqidi fikirlər əsaslıdırmı?

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirib ki, uzun müddət hakimiyyətdə olmaq təkcə YAP-ın tarixində deyil. Avropanın bir sıra ölkələrində-Almaniyada, İsveçrədə, Fransada, İtaliyada, Skandinaviya ölkələrində, Şərq ölkələri Hindistanda, Yaponiyada bir partiyanın uzun müddətdə hakimiyyətdə olduğunun şahidiyik. Yəni bu o halda baş verir ki, partiya daim cəmiyyətin nəbzini tuta bilir, cəmiyyətin maraqlarını öz siyasətində əks etdirə bilir: “Yeni Azərbaycan Partiyasının şüarı ”Yeni müstəqil Azərbaycan uğrunda”dır. Bu, o deməkdir ki, biz dövlətimizin müstəqil olmağını və Azərbaycanı daim yeniləşən görmək istəyirik. Bu fikirlər, bu ideyalar partiyanın yaradıcısı ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. İndiki sədrimiz, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla həyata keçirilir. Partiya mühafizəkar deyil, partiya daim yeniliyi cəmiyyətə təqdim edir. Bunun nəticəsidir ki, biz rəhbərlikdə, seçkili orqanlarda nümayəndələrin içində çox sayda yeni insanları görürük. Bu il YAP-dan seçilən Milli Məclis deputatlarının içərisində çox sayda yeni simalar var. Bu, bundan sonra da belə olacaq. Hər qurultayda partiya rəhbərliyində biz yenilik görürük. Hər situasiyaya partiya çox operativ surətdə reaksiya verir, hətta haradasa səhv olubsa həmin səhvi tezliklə aradan qaldırmağa çalışır. Vaxtaşırı cəmiyyətdə Yeni Azərbaycan Partiyası ilə bağlı müxtəlif fikirlər səslənir. Mən bunu ilk növbədə partiyaya olan yüksək etimad kimi qiymətləndirirəm və bunu həm də təkliflər kimi görürəm. Bu normal bir prosesdir”.



















A.Mirzəzadə qeyd etdi ki, partiyanın fəaliyyətində daha nələrisə görmək barədə təkliflər partiya daxilində həmişə ciddi analiz edilir:

“Yeni Azərbaycan Partiyası kabinet partiyası deyil. Bizim nümayəndələrimiz daim cəmiyyətin içərisindədir. Mətbuata açığıq, istənilən mətbuat orqanı istənilən partiya funksionerindən müsahibə götürə bilir. Biz polemikalardayıq, bizim nümayəndələrimiz kvartallarda cəmiyyətin, ziyalıların içərisindədir, dövlətçiliyin istənilən məsələsinə dair mövqeyimiz ortadadır. Biz insanların daha yaxşı yaşaması, hüquqlarının daha geniş olması üçün daim təkliflərimizi səsləndiririk. Yeni Azərbaycan Partiyasında kiçik, böyük və yaxud da hansısa qrupun məsələsi kimi prioritet məsələ yoxdur. Məsələn, elan edildi ki, Yeni Azərbaycan Partiyası ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş 10 tələbəyə hər ay təqaüd vermək istəyir. Bundan başqa, 70 nəfər tələbə hazırda YAP-ın təqaüdünü alır. Bizim çox Qadınlar Şuramız, fəal Gənclər Birliyimiz var. Yeni Azərbaycan Partiyası sosial şəbəkədə fəaldır”.

Partiya rəsmisi həmçinin qeyd etdi ki, şübhəsiz, onlardan gözləntilər daha çoxdur:

“Kimlərsə partiya ilə bağlı özünün şəxsi fikrini ortaya qoyur. Bu normaldır. Amma ilk növbədə partiyamızın məqsədi vətəndaş üçün çalışmaqdır, onun sosial problemlərinin həll edilməsi üçün çalışmaqdır, cənab Prezidentin uğurlu xarici və daxili siyasətini müdafiə etməkdir, ona dəstək olmaqdır. Yeni Azərbaycan Partiyasında təşkilat şöbəsinin müdiri vəzifəsinə bugünlərdə yeni təyinat olub. Bu təyinatı yüksək qiymətləndirirəm. Aydın Hüseynov cəmiyyətdə tanınan şəxsdir. İnanıram ki, onun fəaliyyəti partiyamızın gündəlik operativ işində öz töhfəsini verəcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?