Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub. Müdafiə Nazirliyindən ''Azad Səs''-ə verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.