Azərbaycanda koronavirus bu tarixdə bitə bilər-AÇIQLAMA
- 25-01-2021, 12:37
- Cəmiyyət

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, bu gün gündəlik yoluxanların sayı azalma dinamikası ilə davam edir və xəstəlik tədricən zəyifləyir:
"Əgər fevralın sonuna yaxın biz vaksinasiyanı uğurla həyata keçirə bilsək və kollektiv immunitetin formalaşmasına nail olunsa, biz mayda artıq istənilən uğuru əldə edə bilərik. Əlbəttə, bütün bunlar insanlarımızın davranışından və qoyulan karantin qaydalarına əməl etməsindən asılı olacaq. Əgər vaksinasiya istənilən nəticəni versə, artıq maya qədər bu xəstəliklə vidalaşa bilərik".