azadses.az » Cəmiyyət » Ekspert: “Ermənistan anladı ki, Gorus-Qafan Azərbaycan ərazisidir və o yol istənilən anda bağlana bilər”

Ekspert: “Ermənistan anladı ki, Gorus-Qafan Azərbaycan ərazisidir və o yol istənilən anda bağlana bilər”

“Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin bağlanması Azərbaycanın suveren hüququdur. Bundan ötrü biz kiminləsə məsləhətləşməli və ya kiminsə fikrini nəzərə almalı deyilik”.

Bunu “Report”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, sadəcə doqquz ay ərzində Azərbaycan xoş niyyət nümayiş etdirərək ermənilərin də eyni addımları Azərbaycana qarşı atmasını gözləyirdi:

“Dolayısıyla, bu dəhlizin qarşılığında biz Zəngəzur dəhlizinin açılmasını, eyni zamanda Ermənistanın Azərbaycana təşəkkür etməsini gözləyirdik. Baş verən proseslər isə bunun tam əksini nümayiş etdirdi. Onlar Azərbaycan tərəfinə təxribatlar törətmək qərarına gəldilər. Nəticədə bu yol bağlandı. Ermənistan tərəfi anladı ki, bura Azərbaycan ərazisidir və o yol istənilən anda bağlana bilər”.

Ekspert vurğulayıb ki, bundan sonrakı müddətdə Azərbaycan tərəfi bu yola nəzarəti daha da gücləndirəcək:

“Böyük ehtimalla, həmin yoldan hərbi yüklərin Qarabağa daşınmasına icazə verilməyəcək. Əgər Ermənistan bundan sonra da hansısa təxribatlara, silah-sursat daşınmasına yol verərsə, yəqin ki, bu marşrutlar, o cümlədən dəhlizin başqa hissələrində də bizim bunu həyata keçirmək imkanımız var. Həmin bu fəaliyyətləri həyata keçirə bilərik. Yəni bu, bir xəbərdarlıq siqnalı kimi Ermənistan ictimaiyyətinə ötürüldü ki, ya siz mehriban şəraitdə yaşamalısınız, ya da bu ərazilərdə yaşamamalısınız. Başqa yol qalmır”.

“Hesab edirəm ki, Azərbaycan bir daha həm sülhməramlılara, həm prosesdə iştirak edənlərə, həm də Ermənistanda revanşdan danışanlara başa saldı ki, biz öz ərazilərimizdəyik. İstənilən fəaliyyəti kiminləsə məsləhətləşmədən anında həyata keçirə bilərik. Odur ki, ermənilər bu məsələlərdə gələcəkdə daha ehtiyatlı olmalıdırlar. Əks halda, onları təkrar ağrılı-acılı hadisələr gözləyə bilər”, - ekspert Ə. Verdiyev əlavə edib.

Xatırladaq ki, avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar. Əsgər R. Şirəliyev isə təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur.

Azərbaycan sərhədçisinə hücum olunandan sonra Gorus-Qafan yolunda hərəkət məhdudlaşdırılmışdı və bu, qayda-qanunun bərpası, ərazinin təmizlənməsi ilə bağlı olub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?