azadses.az » Cəmiyyət » Xeyriyyəçilik – sosial rifahın açarıdır

Xeyriyyəçilik – sosial rifahın açarıdır

5 sentyabr - Beynəlxalq Xeyriyyəçilik Günüdür. BMT Baş Assambleyası tərəfindən 2012-ci ildə təsis edilmiş bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində təşkilatlar, qurumlar və ayrı-ayrı şəxslərin xeyriyyəçilik aksiyaları ilə geniş qeyd edilir. İmkansız, xəstə, ahıl və əlil insanlara maddi yardım göstərilməsi, tarixi abidə və məbədlərin bərpası, təhsil və müalicə müəssisələrinin təchizatı kimi xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığa doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi bu əlamətdar günü ümumdünya bayramına çevirib.

Xeyriyyəçilik məsələləri son zamanlar dünya ictimaiyyətinin diqqətini daha çox çəkməkdədir. Bu, müasir dövrdə, xüsusilə də bəşəriyyətin iqtisadi böhran və pandemiya ilə üzləşdiyi zaman kəsiyində xeyriyyəçiliyin bütün dünyada inkişafı, onun yeni formalarının, iştirakçılarının və mexanizmlərinin ortaya çıxması ilə əlaqədardır. Bir çox beynəlxalq təşkilatlar geniş tədqiqatlar aparır, xeyriyyəçiliklə bağlı aktual məsələləri araşdırıb ictimaiyyəti mütəmadi olaraq məlumatlandırırlar.
Xeyriyyəçilik və könüllülük də daxil olmaqla, xaricdə vətəndaş fəallığının müxtəlif formalarının inkişafı ilə bağlı bir sıra maraqlı məlumatlar dünyanın 100 ölkəsində mindən çox müxtəlif təşkilatı özündə birləşdirən nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı - Vətəndaş İştirakı üzrə Beynəlxalq Alyans (World Alliance for Citizen Participation - CIVICUS) tərəfindən aparılmış araşdırmalar nəticəsində əldə edilmişdir.

Tədqiqatın gedişində tarixi və mədəni ənənələr, iqtisadi inkişaf, milli və sosial xüsusiyyətlər və digər amillərlə müəyyən edilən vətəndaş cəmiyyəti vəziyyətinin ümumi tendensiyaları və regional xüsusiyyətləri müəyyən edilmişdir. Nəticədə əksər ölkələr üçün səciyyəvi olan aşağıdakı bir sıra ağrılı problemlər üzə çıxmışdır: aşağı dərəcədə vətəndaş iştirakçılığı və siyasi qərarların qəbuluna zəif təsir (bu cür təsirin daha sistemli və institusional xarakterə malik olduğu Qərbi Avropa ölkələri istisna olmaqla); dayanıqlı infrastrukturun olmaması (xüsusilə Asiya və Afrika ölkələri üçün səciyyəvidir); maliyyə mənbələrinin kəskin çatışmazlığı və xarici donorlar inkişaf etməkdə olan və post-kommunist ölkələri tərk etdikdən sonra dövlət tərəfindən maliyyə təminatına keçid və s.

İnsan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətin zəifləməsi, qeyri-kommersiya sektorunun sosial xidmətlərin göstərilməsinə yönəldilməsi, QHT rəhbərlərinin hakimiyyət təmsilçiləri və özəl sektorla dialoq apara bilməməsi, planlaşdırma, idarəetmə, resurs toplama bacarıqlarının olmaması; hesabatlılıq və şəffaflıq standartlarına riayət edilməməsi də bu prosesə mənfi təsir göstərir.

CIVICUS-un ölkələr üzrə mürəkkəb qiymətləndirmə metodologiyasının tətbiqi əsasında hazırlanmış hesabatlarının müqayisəli təhlili əhalinin xeyriyyəçilikdə fəallıq indeksini müəyyənləşdirən tədqiqatçılar qarşısında bir sıra maraqlı suallar qoymuşdur: Mütəmadi olaraq xeyriyyəçilik edən insanlar əhalinin neçə faizini təşkil edir? İnsanlar müntəzəm ianələrə (ildə orta hesabla) nə qədər vəsait (yəni şəxsi gəlirlərinin neçə faizini) xərcləyirlər? Əhalinin neçə faizi mütəmadi olaraq (ildə neçə dəfə) könüllülük fəaliyyəti ilə məşğuldur? Könüllülər bu növ fəaliyyətə ayda neçə saat (orta hesabla) vaxt ayırırlar?

CIVICUS layihəsində iştirak edən 41 ölkə üzrə əldə edilən məlumatlar əksər ölkələr üçün ortaq olan məqamları müəyyən etməyə imkan vermişdir. Birincisi, xeyriyyəçiliyin inkişaf səviyyəsi ilə könüllülükdə iştirak arasında birbaşa asılılıq yoxdur. İkincisi, yüksək səviyyədə ianə iştirakçılığı dini ənənələri güclü olan ölkələr, xüsusilə də islam ölkələri üçün xarakterikdir. Müsəlmanların vəzifələrindən biri də bu cür ölkələrdə həyat tərzinin tərkib hissəsinə çevrilmiş zəkat - gəlirin müəyyən hissəsinin yoxsullara ötürməkdir. Üçüncüsü, xeyriyyəçilik fəallığının gəlirlərə olan nisbətində kiçik fərq nəzərə çarpır. Əksər ölkələrdə insanlar hər il gəlirlərinin orta hesabla 1-2%-ni ianələrə xərcləyirlər. Xeyriyyəçilik təcrübəsi göstərir ki, gəlirləri orta və daha aşağı səviyyəli insanlar xeyriyyəçilərin əsas qrupunu təşkil edirlər.

Dördüncüsü, fərqli mədəniyyət kontekstlərində xeyriyyəçilik haqqında anlayışlar fərqlidir.
Beynəlxalq QHT-nin həyata keçirdiyi layihə, göründüyü kimi, maraqlı və vətəndaş cəmiyyətinin inkişafı üçün olduqca faydalı nəticələri ortaya qoyur. Bu layihənin model prinsiplərini nümunə qismində tətbiq etməklə bir çox ölkələr xeyriyyəçilik sahəsində mövcud təcrübəni təhlil etmək, problemləri araşdırmaq, cəmiyyətin xeyriyyəçilik tədbirlərinə cəlb olunması dərəcəsini müəyyənləşdirmək, yeni təşəbbüslər irəli sürmək və son nəticədə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uğurlu addımlar atmaq imkanı əldə etmiş olurlar.

Görəsən, xeyriyyəçilikdə iştirak edən əhalinin payına görə Azərbaycan digər ölkələr sırasında hansı mövqeyə sahibdir? Yeni şəraitdə ölkəmizdə xeyriyyəçiliyin perspektivləri və formaları barədə nə demək olar? Vətəndaşlar xeyriyyə aksiyalarına maddi imkanları olduqları səbəbindən, yoxsa ictimai fəaliyyətdə iştirak etməyi lazım bildikləri üçün qatılırlar? Xeyriyyəçilikdən faydalananları seçərkən daha çox nəyə diqqət yetirmək lazımdır? Xeyriyyəçiliklə məşğul olan müxtəlif donorlar arasında əməkdaşlıq nə cür qurula bilər? Mövcud şəraitdə insanların ehtiyacı olanlara təmənnasız yardım göstərmək imkanı və istəyi olması barədə əhali arasında hər hansı bir sosioloji sorğu keçirilibmi?

Bu suallar cavab gözləməkdədir...

Cavabı isə hər biri vətəndaş cəmiyyətinin tərkib hissəsi olan, böyük əksəriyyəti xeyriyyəçilik tədbirləri ilə tanınan, nizamnamələrində bu sahədə tədqiqatlar aparmaq vəzifəsi təsbit edilən qeyri-hökumət təşkilatları verə bilər.

... Və cavab QHT-lərin xeyriyyəçilik fəaliyyətinin ciddi koordinasiyası və vahid mərkəzdən idarə olunması təmin edildiyi halda verilə bilər. QHT-lərin bu sahədə birgə araşdırmaları həm lazımi məlumat bazasının formalaşması, həm xeyriyyə tədbirlərinin təşkili və keçirilməsində pərakəndəliyin və xaotikliyin qarşısının alınması, bu işdə fasiləsizliyin və mütəmadiliyin təmin edilməsi, həm də ölkə daxilində QHT-lərin reytinqinin, beynəlxalq reytinqlərdə isə ölkəmizin vətəndaş cəmiyyətinin mövqeyinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

Xeyirxahlıq – xalqımızın milli xüsusiyyətidir, xeyriyyəçilik ənənəsi isə Azərbaycanda ta qədimdən mövcuddur. Müasir dövrdə ayrı-ayrı fərdlərlin fəaliyyətində və dövlətin siyasətində mühüm prinsipə çevrilmiş xeyriyyəçiliyə elmi yanaşma – günün tələbidir. Bu sahədə zəngin təcrübə toplamış QHT-lər xeyriyyəçiliyə konseptual yanaşma sərgiləyərək səylərini birləşdirməklə vətəndaş cəmiyyətinin inkişafına ciddi töhfə vermiş olarlar.

Azərbaycanda xeyriyyəçilik ənənələri tarixininin öyrənilməsi, müasir dövrdə mövcud vəziyyətin təhlili, əldə edilmiş statistik göstəricilər və əhali arasında sosioloji sorğunun nəticələri əsasında xeyriyyəçilik hərəkatının gələcək inkişafının proqnozlaşdırılması məqsədilə bu sahədə böyük təcrübəsi olan QHT-lərin peşəkar mütəxəssisləri cəlb etməklə birgə sosial layihəyə imza atmaları ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına ciddi təkan vermiş olar.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu təşəbbüsü dəstəkləyəcəyinə ümid bəsləyir və xeyirxah həmvətənlərimizi Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə təbrik edir!
Unutmayaq ki, xeyriyyəçilik - sosial rifahın açarıdır.

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?