Natiq Cəfərli: "Rövşən, ay Rövşən", deyib ağlayırdı...
- 21-08-2020, 08:53
- Cəmiyyət
Həbsdən heç vaxt yazmamışam, bir tək çıxan gün geniş yazı yazmışdım, həbsin səbəblərini izah etmiş, buraxılmam üçün çalışanlara təşəkkür etmişdim. Bu gün kiçik bir xatirə yazacam: 2016-cı ilin avqustunu Kürdəxanıda keçirmişdim, 4 il bundan öncə, elə bu günlərdə 2 nəfərlik kamerada idim, axşamüstü kitab oxuyurdum ki, birdən korpusda səs-küy, gurultu qopdu, qapıları döyəcləməyə başladılar. Yanımda 20 yaşlı cənub bölgəsindən bir oğlan qalırdı, özləri yerləşdirmişdilər ki, nədən danışdığımı onlara çatdırsın, əla oğlan idi, özü etiraf etmişdi bunu. Mən də ona oxumaq-yazmaq öyrədir, bəsit məsələləri izah etməyə çalışırdım.
Nə isə, gördüm bu uşaq başını divara vurur, başından qan gəlirdi, əvvəl qorxdum, düşündüm ki, indi içəri girib bunu döydüyümü deyəcəklər, əlavə maddə artıracaqlar. Sonra gördüm o məsələ deyil, oğlan "Rövşən, ay Rövşən", deyib ağlayırdı. Başım özümə qarışdığından xəbərim olmayıb ki, TV-də Lənkəranskinin ölüm xəbərini deyiblər, aləm bir-birinə qarışıb.
Birtəhər uşağı sakitləşdirdim, qapını döyüb növbətçini çağırdım, gəlib oğlana yardım etdilər, başını sarıdılar.
Səhəri gün o uşaqla xeyli söhbət elədim, məktəb oxumamışdı, deyirdi ki, "stremit" edir, oğru dünyasını ideal sayır. Həbsdən çıxana qədər hər gün onunla danışdım, çox şeyi izah etməyə çalışdım, nömrəmi verdim ki, çıxanda mənə zəng eləsin, maşına həvəsi var idi, dediyinə görə təmir də edə bilirdi. Maddəsi yüngül idi, telefon oğurlamışdı, nə isə, məni sentyabrın ortasında buraxdılar, bu uşaq da dekabrda çıxdı. Dayısı kömək eləyibmiş, çıxanda mənə zəng elədi, görüşdük, tanışların yanında işə düzəltdim, doğrudan da bacarıqlı idi, maşın ustası kimi çox şey bacarırmış.
2018-ci ildə Rusiyaya köçdü, orda böyük bir təmirxanada usta işlədiyini bilirəm. Əgər o gəncin həyatında azacıq da olsa rol oynayıb o yoldan döndərə bilmişəmsə, nə yaxşı ki, bu multfilm hökumət məni həbs edibmiş, o günlərə heç heyfslənmirəm...(pravda)
pia.az