azadses.az » Cəmiyyət » "Maştağa" ləqəbli qazi: “O evi şəhid övladına bağışladım”

"Maştağa" ləqəbli qazi: “O evi şəhid övladına bağışladım”

“Bir tərəfdən taleyimə minnətdaram ki, o güllə ürəyimdə qaldı. 27 il mənə əziyyət verdi, qoymadı yaddan çıxarım ki, torpağım düşmən tapdağındadır. Gecə-gündüz o anları xatırladırdı. 27 ildə hansı ağrıları yaşamışam, bir Allah bilir. Amma Qarabağa ayağımı basandan bu günə qədər bir qram ağrım yoxdur”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu fikirləri Birinci və ikinci Qarabağ müharibələrində iştirak edən, “Maştağa” ləqəbli qazi Vidadi Ağagülov deyib.
 
Onunla müsahibəni təqdim edirik.
 
- Vidadi müəllim, ilk olaraq vətən müharibəsində qazandığımız qələbədən danışaq. Bu qələbənin iştirakçısı, qəhrəmanı olmaq necə hissdir?
 
- Əvvəlcə bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə cansağlığı, şəfa arzulayıram. Doğma xalqım unutmamalıdır ki, bu qələbə nəyin bahasına bizə başa gəlib. Qələbənin qədri bilinməlidir. Qazanılan qələbəni əldə saxlamaq üçün böyük islahatlar aparmalıdır. Mən deyən islahatlar "haralısan?" sualını aradan götürməkdən başlayır. İkincisi, şəhidlər bölünməməlidir. Aprel döyüşü, iyul döyüşü, birinci və ya ikinci Qarabağ müharibəsi şəhidi deyilməməməlidir, vətən bölünmədiyi kimi, şəhidlər də bölünməz.
 
Üçüncüsü, bizim bacımız, vitse-prezident Mehriban Əliyevanın bir sözü var: "Qazilər mənim qardaşımdır". Cəmiyyət qaziləri elə qarşılamalıdır ki, məmləkət öz qəhrəmanlarının kimliyini bilsin. Bir müddət keçir, qazilər yaddan çıxır, onların haqqı tapdalanır. Hamısı anaların, ailələrin ağrısına çevrilir. Qazilərə qayğı göstərmək lazımdır. Ali Baş Komandanın nümayiş etdirdiyi yumruq xalqın yumruğudur.
 
Bəziləri deyir, sülhməramlı gəldisə, bu, qələbə deyil. Bizim ordumuz var, Ali Baş Komandanımız var. Biz 44 gündə bütün dünyaya meydan oxuduq, dünya Azərbaycanın gücünü, qüdrətini bildi. Biz birinci xalqıq ki, 21-ci əsrdə dünyaya iki böyük nümunə göstərdik: 21-ci əsrin müharibəsini və kaputulyasiyanı. Bu, tarixə, ensiklopediyalara yazılacaq. Qələbə budur.
 
- Qazilərə dəstəkdən söz açdınız. Sizcə, qazilərimizə necə dəstək göstərilməli, şəhidlərimizin unudulmaması üçün hansı addımlar atılmalıdır?
 
- Mən şəhid ailəsindənəm. Ötən il dekabrda Ali Baş Komandan mənə ev verdi. Bir şəhid ailəsinin övladı təzə evlənmişdi, məni toya dəvət etmişdilər. Şəhidin həyat yoldaşı deyəndə ki, uşaqlar kirayədə qalacaq, mənim ürəyim ağrıdı. O evi Ali Baş Komandan, şəhid və qazilərimizin adından həmin şəhid övladına bağışladım. Dedim "bir otaqdır, gedin yaşayın, atanız o dünyadan sizə mükafat göndərib". Bunu tək biz etməməliyik, məmləkət etməlidir. Təkcə dövlətdən gözləməməliyik.
 
Məmurun oğlu 2 milyonluq saat taxırsa, bütün Azərbaycan xalqı bunu eşidib bilir. Şəhidin balası kirayədə yaşaya bilməz. Cəmiyyətimiz buna reaksiya verməlidir. Şəhidin haqqını, hüququnu özümüz qorumalıyıq, çünki Azərbaycan şəhidi qanı ilə yaşayıb. Üzərimizdə daşıdığımız vəsiqəmiz şəhid qanı ilə yazılıb. İmam Cəfər Sadiqin gözəl bir kəlamı var, "Nahaqqı görüb, ona qarşı çıxmasan, qiyamət günü kafirlərin cərgəsində olacaqsan". Cəmiyyət şəhidlərimizin qədrini bilməlidir. Qazi diri şəhiddir. Prezident də bunu neçə dəfə vurğulayıb.
 
- Qarabağ geri alırıq, sizcə, bundan sonrakı mərhələdə təbliğatı necə aparmalıyıq? Qarabağı dünyaya necə tanıtmalıyıq?
 
- Mən bu fikri məmurlara da çatdırmışam. Qarabağı inkişaf etdirmək üçün şəhid ailələrinə, qazilərə, veteranlara orada torpaq verilməlidir. Onlar oraya köçüb yaşamalıdırlar. Ermənilər bizi orda görəndə özləri çıxıb gedəcəklər. Bu, əsas məsələdir. Hansı regiondan olmasına baxmyaraq kim Qarabağda qan tökübsə, hökumət onlara torpaq verməlidir. Hansından soruşsanız, orada qalmaq istədiyini deyəcək. Orada əziyyət çəkən qazilərimiz qanla yazılan tarixin təbliğatını aparmalıdır.
 
Şou nümayəndələrini gətirib, toy-konsert verməklə Qarabağı yaşatmaq olmaz. Bu, şəhidlərimizin ruhunu incitməkdir. Bəli, orada istirahət etmək, turizim obyektləri açmaq olar, amma sadəcə pullu turizm regionu etməklə Qarabağı yaşatmaq olmaz. Qazilərimiz mütləq orada yaşamalıdır. Bir qarış torpaq verilsin, gedək orda ev quraq.
 
Mən əslən bakılıyam, burada doğulub böyümüşəm, hər şeyi atıb, Qarabağda yaşayaram. Orada dostlarımın ruhu qalıb, qazi qardaşlarımın əli, qolu qalıb. Azərbaycanımızı belə yaşada bilərik.
 
- Qarabağın hansı regionunda yaşamaq istəyərsiniz?
 
- Qarabağın hər qarış torpağı mənim üçün müqəddəsdir. Mən 90-cı illərdə ilk dəfə Qarabağa ayaq basanda ağladım, dedim, ya rəbbim, sən mənə bir məmləkət bəxş etmisən. O məmləkəti düşmənə vermək xəyanətdir.
 
O torpağa elə vurulmuşam ki... İkinci Qarabağ müharibəsində ilk dəfə oraya ayaq basanda, orada namaz qıldım. Başımı torpağa qoyanda mənimlə torpaq, ağaclar, dağlar-daşlar danışdı. Məni təbrik etdi ki, xoş gəldin, Azərbaycan əsgəri. Xoş gəldin, ana torpağı azad etməyə... Bu, mənim üçün böyük duyğu idi, mən Qarabağ torpağı ilə nəfəs alıram. Qarabağlılar bunun nə demək olduğunu başa düşür.
 
Siz görürsünüz düşmən oraya necə can atırdı? Düşmən abrı tökülə-tökülə yenə deyir, ora bizimdir, amma millətimiz onlardan üstün olmalıdır. Qarabağı, düşməni bir an unutmaq olmaz.
 
- Cəbhədən uzaq insanların savaşla, əsgərlərlə bağlı fikirləri, sosial şəbəkədə yazıdqları onlara necə təsir edirdi?
 
- Mən xüsusi təyinatlı polis dəstəsinin üzvü olmuşam. Biz Azərbaycanda ilk xüsusi təyinatlı polis dəstəsi olmuşuq. İkinci dünya müharibəsində Stalinqrad döyüşü zamanı hərbçilər bir zirzəmi alanda onlara qəhrəman adı verirdilər.
 
30 il düşmən Qarabağda boş oturmayıb, bunkerlər tikib, nələr hazırlayıb... Ordumuz hər küçəni alanda itki verilib. Hər qarışa girəndə qan tökülüb. Ona görə azad olunan hər addım torpaq döyüşçü üçün müqəddəsdi.
 
Evdə oturub kəndi alıblar deməyə nə var ki? Kəndə daxil olanda yaşanan ab-havanı görməsəniz, o kəndin dəyərini bilməzsiniz.
 
- Döyüş bölgəsində vəziyyətiniz, qidalanmanız necə idi?
 
- Vətən sağ olsun. Bizim gözəl marşımız var: "Yastığımız vətən daşı, yorğanımız qar olsun". Kim vətənini sevirsə, o daş onun üçün yastıqdır. Doğrudur, bəzən yemək yeməyə belə vaxtımız çatmırdı, amma yeməyimiz bol idi. Siqaretdən tutmuş gigiyena vasitələrinə qədər təmin olunmuşduq. Hər şəraitimiz vardı.
 
Xalqımız cəbhəyə evdə bişirilən sovqat göndərirdi. Məsələn, doğum günümü döyüş zonasında keçirdim, iki tort göndərmişdilər. Biz qələbə qazanmağa gedirdik. Dünyanın bundan böyük naz-neməti varmı?
 
- Döyüşdə doğum günü qeyd etmək necə idi?
 
- Ad günümü səngərdə qeyd elədik. O mənim həyatımda yaşadığım ən gözəl gün idi. Bundan gözəl günüm olmayıb. Bu yaşıma qədər belə doğum günü keçirməmişdim.
 
- 27 ildir ürəyinizdəki erməni gülləsi ilə yaşayırsınız. Bu, sizi hansı çətinliklərlə qarşılaşdırdı?
 
- Döyüş zamanı düşmən gördü, snayperlə vurdu. Bir tərəfdən taleyimə minnətdaram ki, o güllə ürəyimdə qaldı. 27 il mənə əziyyət verdi, qoymadı yaddan çıxarım ki, torpağım düşmən tapdağı altındadır. 27 ildə hansı ağrıları yaşamışam, bir Allah bilir. Amma Qarabağa ayağımı basandan bu günə qədər bir qram ağrım yoxdur.
 
Günlərdir ürək ağrısının nə olduğunu bilmirəm. Əsgərlərlə dağa da qalxmışam, onlar "ağsaqqal, dayan" desələr də, cavabında “sizə nümunə mən olmalıyam, siz mənə baxıb irəli getməlisiniz” söyləyirdim. Bircə dəfə də ürəyim məni narahat etmədi, bu da vətənin mənə hədiyyəsidir.
 
- 55 yaşınız var. Necə oldu İkinci Qarabağ Müharibəsinə yollandınız?
 
- 1990-cı ildə şəhid generalımız Məhəmməd Əsədov xüsusi təyinatlı polis dəstəsi yaradanda oraya Əfqanıstandan gələnləri, zabitləri dəvət edirdi. OMON dəstəsi yaradıldı, mən də oraya daxil oldum, Xocalını aldıq, Mələşdə, Buzluqda, Çaykənddə, Birkeşdə, Ağdamda, Füzulidə, Salatın körpüsündə, Ağdərədə döyüşüb, torpaqları azad edirdik. Təəssüf, o zamankı siyasi hakimiyyət ölkəyə, orduya rəhbərlik edə bilmədi. Şəhərdə mitinqlər başladı, Qarabağda ordu qalmadı, hərə bir dəstə yaratdı.
 
Şükür ki, bu gün vahid komanda, həmrəylik var. Bütün bunlar bizi qələbəyə apardı. İkinci Qarabağ Müharibəsində mən geridə qala bilməzdim. Hərbi hissəyə getdim, mənə yaşlı olduğumu, qazi olduğumu dedilər. Cavabında ermənilərə borclu qaldığımı, şəhidlərin haqqını çiynimdə daşıdıımı, şəhidlərimizin qanını almalı olduğumu dedim. Uzun təkiddən sonra istəyimi qəbul etdilər.
 
- Sizcə, ölkədə vətənpərvərlik mövzusunda hansı təbliğat işləri aparılmalıdır?
 
- Mən fəxr edirəm ki, Azərbaycanda belə gənc nəsil yetişir. Ürəkdən deyirəm, Azərbaycanımızı gənc nəslə tapşırıb, bu dünyadan gedə bilərik. Gənc nəsli gördüm, döyüş zamanı bizim cavan-cavan, 18 yaşlı uşaqların vətənpərvərliyinin şahidi oldum. Deməyə söz tapmıram. Onların qarşısında baş əyirəm.
 
- Qarabağla bağlı ən yadda qalan xatirəniz nədir?
 
- Əziz, ana Şuşada Azərbaycan bayrağının qaldırılması... O saniyə, o dəqiqə Azərbaycan xalqının qeyrəti, namusu, mənliyi qayıtdı. Bəs nə üçün deyirlər ki, Şuşa Qarabağın ürəyidir? İgid oğlanlarımız silahla yox, bıçaqla daxil olub oranı azad etdilər.
 
Mən bütün qazilərimizin qarşısında baş əyirəm. Şəhid analarının ayağını öpürəm... Yaşasın Azərbaycan!Teleqraf
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?