azadses.az » Manset » İranın baş bəlası fars şovinizmi – davam edən antitürk təbliğatı - ŞƏRH

İranın baş bəlası fars şovinizmi – davam edən antitürk təbliğatı - ŞƏRH

İran bölünmüş millətlər həbsxanasıdır. Rejimin “qövm”, “tayfa” kimi təqdim etdiyi etnik qruplar müxtəlif səbəblərdən bölünməyə məhkum olunmuşlardır.

Əbülqasim Firdovsinin “Şahnamə”sinin bilicisi sayılan Cavad Rəncbər Derəxşilər adlı dilçi İranda çıxan “Sazendegi” qəzetində Azərbaycan türkcəsinə və türk millətinə (Azərbaycan dili və azərbaycanlılara) qarşı elmdən və məntiqdən uzaq əsassız fikirlər söyləyib.

O, İranda Türk dili Akademiyasının yaranmasına qarşı çıxaraq bunu “doğru, düzgün təşəbbüs saymadığını” deyərək narahatlığını büruzə verib:

“Ara-sıra Türk Dili Akademiyasının yaradılmasından söhbət açılır. Bu, İranın dostlarını və onu sevənləri narahat edir, bəzi anti-İran dairələr isə bunu alqışlayır.

Farsdilli İran xalqının içərisində yerli dillərdən biri olan türk dili üçün siyasi qurumun yaradılması hansı məna kəsb edə bilər?”

O, bir qədər də irəli edərək belə qurumu yaratmaq istəyənlər barəsində təhqiramiz ifadə işlədib.

Bu adama cavab verməmək də olardı. Ancaq panfarsçılara hərdən cavab vermək, doğrunu izah etməyə ehtiyac yaranır.

İran Konstitusiyasının 23-cü maddəsində bildirilib:

“Əqidələri təftiş etmək qadağandır. Heç kəsi müəyyən əqidəyə malik olduğuna görə təqib etmək, sorğuya çəkmək və töhmətləndirmək olmaz”. Bundan başqa, milli dillərlə bağlı qurumların yaradılması və milli bərabərlik məsələləri də bu Əsas Qanunda öz əksinin tapıb.

Azərbaycan türklərinin ana dilində təhsil almaq hüququ pozulduğu üçün “Firdovsi”çi alim “Türk Dili Akademiyasının yaradılmasının heç bir intellektual, tarixi və siyasi əsası yoxdur” kimi belə gülünc məntiqsiz iddia ilə çıxış edir. O, çürük düşüncəsinə haqq qazandırmaq üçün bu dilin Azərbaycanın dövlət dili olduğunu heç yadına belə salmaq istəmir. Digər tərəfdən İran əhalisinin 30 milyondan çox vətəndaşı bu dildə danışır. Akademiyanın yaranması, türk dilinin “tarixi, siyasi”, sosial, mədəni əsas olması üçün bu azdırmı?!

O, bununla panfarsçı şovinist ideologiyanın daşıyıcısı olduğunu gizlədə bilmir. Çünki bu siyasi-ideologiyanın daşıyıcları və ideoloqları İrandakı Azərbaycan türklərini görməzlikdən gəlirlər. Türkləri “fars dil və ədəbiyyatının bir qolu” adlandıran bu xətt nümayəndələri fars olmayanlara qarşı assimilyasiya siyasətinin həyata keçirirlər. Derəxşilər yüz ildir İranda türklərə qarşı bu siyasəti aparırlar. Onlar Azərbaycan türkcəsində danışmağı qadağan edib, bu dildə danışanları cərimələyib və s. Bu, “dilçi” hələ də Rza şahın dövründəki paniranistlər kimi düşünür.

İrandakı rejim pəhləvilərdən sonra panfarsizm və paniranizmin üstünə İslam pərdəsi çəkməklə bu şovinist düşüncəni, özlərini gizlətməyə çalışırlar. Ancaq həmişə özlərini ifşa edirlər.

Derəxşilər bu çıxışları ilə İranda Azərbaycan türklərinin milli haqlarının tələbi uğrunda mübarizəsinin də üzərinə kölgə salmağa çalışır.

Ancaq “Azadlıq, Ədalət, Milli hökumət!” şüarı bu tip panfarsçıların düşüncəsinin çürüklüyünü, Azərbaycan türkcəsinin isə intellektual, tarixi və siyasi əhəmiyyətini göstərir.

İran məhz belə bir şovinist ideologiya ilə idarə olunur. Ona görə də Güney Azərbaycan türklərinin dilinə, milli mədəniyyətinə, tarixinə, təbiətinə laqeyd və aşağılayıcı münasibət var. Əks halda, Derəxşilər və onun kimilər bu dilin əhəmiyyətinin azaldıb onu gözdən salmağa cəhd göstərməzdilər. Urmiya gölünün quruması da panfarsıst yanaşmanın törəməsidir. İndi panfarsçılar və onların əlaltıları da əl-ayağa düşüb, su hövzəsinin qurumasından danışır, ona əlac etməyə çalışırlar. Belələrindən biri Təbriz şəhərinin imam cüməsi Seyid Məhəmməd Ali-Haşimi Urmiya gölünün son vəziyyəti ilə bağlı çağırış edib: “Urmiya gölü qurumağa doğru irəliləyir. Səlahiyyətlilər bu məsələdə daha çox səy göstərməlidirlər”.

Göl quruyandan sonra haray çəkən belə imam cümələr, yəqin derəxşilərin türk dili ilə bağlı iddialarına qapılar bağlanandan sonra cavab verəcəklər. Derəxşilər əslində Seyid Əli Xaməneinin, Məhəmməd Ali-Haşimin, Həsən Amulinin türkcə danışdığını ələ salır. Çünki Türk Dili Akademiyasını yaratmaq istəyənlər onun intellektual, tarixi və siyasi əhəmiyyətini çox gözəl bilirlər. Bunu başa düşməyənlər şovinistlər və belə rəhbərlərdir. Əgər onlar bunu başa düşsəydilər, o zaman derəxşilər özlərini belə cəsarətli göstərməzdilər. İranın baş bəlası panfarsizmdirvə derəxşilər də yeni nəsli bu ideologiya ilə yenidən zəhərləyir...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?