azadses.az » Siyasət » “İrandakı aksiyalar nəticəsində Güney Azərbaycan müstəqil ola bilər” - RƏY + FOTO

“İrandakı aksiyalar nəticəsində Güney Azərbaycan müstəqil ola bilər” - RƏY + FOTO

“İranda aksiyalar kütləviləşərsə, uğurla nəticələnəcəyini, Güney Azərbaycanın müstəqil ola biləcəyini düşünürəm. Hətta beynəlxalq şərait də buna imkan verir”.

Bu fikirləri “Report”a açıqlamasında siyasi elmlər doktoru, professor Sabir Məmmədli deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində əldə olunan tarixi zəfərin Güney Azərbaycandakı soydaşlarımızı hərəkətə gətirməsi gözlənilən idi:

“İranın 30 il ərzində Ermənistanı davamlı dəstəkləməsi oradakı soydaşlarımız kimi, türk dünyasını da ciddi narahat edirdi. Çünki İran nə qonşuluğa, nə də müsəlmanlığa uyğun davranır. Bu mənada hazırkı hadisələr gözlənilən idi. Rəsmi Tehran isə kifayət qədər çox səhvə yol verir. Ermənistanla əlaqələrin gücləndirilməsi güneyli soydaşlarımızın reaksiyasına səbəb oldu.

Həmçinin, İranın Araz boyunca hərbi təlimlər keçirməsi də bu dövlətin növbəti ciddi səhvi oldu. Beləliklə, molla rejimi bütün “qırmızı xət”ləri keçib. İsrail və Türkiyə müdafiə nazirlərinin ard-arda ölkəmizə səfəri göstərdi ki, dost və müttəfiq dövlətlər də İranın son hərəkətlərindən narahatdırlar. Müdafiə nazirlərinin Azərbaycana gəlməsi, əlbəttə, İrana ciddi mesaj idi”.



Siyasi icmalçı bildirib ki, İranda hicab taxmadığına görə gənc qızın öldürülməsi proseslərə təkan verdi:

“Böyük şəhərlərdə aksiyalar davam edir. Milli azadlıq hərəkatı özünü aydın şəkildə büruzə verir. Proses uğurla gedir. Güneyli soydaşlarımızın səsləndirdiyi şüarlar göstərir ki, aksiyalar milli dava səciyyəsi daşıyır. Beynəlxalq güc mərkəzləri bu proseslərə xüsusi diqqət yetirir. Məsələn, ABŞ Prezidenti Cozef Bayden vurğulayıb ki, İran azad olacaq. Fikrimcə, bu bəyanatın verilməsi təsadüfi deyil. İran özü-özünü küncə sıxışdırıb”.

S.Məmmədli İranın nüvə sazişindən kənara çıxmasının ABŞ və İsraili daha da hiddətləndirdiyini söyləyib:

“Cənub sərhədimizdə Xüsusi Təyinatlı Qüvvələrimizin keçirdiyi təlimlər güneyli soydaşlarımızı daha da ruhlandırır. Fikrimcə, İrandakı aksiyaların miqyası daha da artacaq. Artıq hiss olunur ki, etirazlar mütəşəkkildir. Mitinqlərin motivi, aksiyaların daha çox gecələr keçilməsi bunu göstərir. Xaricdəki soydaşlarımızın münasibətləri də hərəkatın yaxın vaxtlarda başa çatmayacağının, əksinə, tədricən güclənəcəyinin təzahürüdür. Hazırkı aksiyalar texnoloji baxımdan “rəngli inqilablar”ı xatırladır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu