ZMD sədri: Qeyri-müsəlmanlar da islamofobiyaya qarşı mübarizə aparmalıdır
- 27-05-2025, 13:05
- Siyasət
Qeyri-müsəlmanlar da humanizm prinsiplərinə görə islamofobiyaya qarşı mübarizə aparmalıdırlar.
“Report” xəbər verir ki, bunu Almaniya Müsəlmanları Mərkəzi Şurasının (ZMD) sədri Abbassəməd Əl-Yəzidi Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransında "Avropada antimusəlman qanunvericiliyinin institusionallaşması. Radikallaşma fonunda antimusəlman ritorikası və yayılmış islamofobik əhval-ruhiyyə” mövzulu panel sessiyada deyib.
Onun sözlərinə görə, bəziləri islamofobiyanın təkcə qeyri-müsəlman ölkələrində yaşayanların problemi olduğunu düşünürlər:
"Amma bu, çox geniş bir anlayışdır. İslamofobiya kin və nifrət fonunda qan tökülməsinə qədər gəlib çıxıb. Təssüf ki, bu, beynəlxalq səviyyədə normal qarşılanır. Bəziləri hətta ayağa qalxır və bunu alqışlayır. Bu bir daha göstərir ki, İslama qarşı nifrət beynəlxalq səviyyədə normal qarşılanıb. Beynəlxalq təşkilatlar bunun qarşısını almaq üçün müəyyən addımlar atırlar. Lakin yetərli deyil".
Əl-Yəzidi islamofobiyanın normal qarşılanmasına iradını bildirərək bir neçə nümunə çəkib:
"Ötən günlərdə Almaniyada müsəlman bir şəxs məsciddə namaz qılarkən ona 50 bıçaq zərbəsi endirilib. Dini icmalar buna lazımi reaksiyanı vermədilər. Belə olduğu halda bu hadisələr normallaşır və islamofobiyanın inkişafı üçün münbit şərait yaranır. Bu, belə olmamalıdır. Təkcə müsəlmanlar deyil, qeyri-müsəlmanlar da buna səslərini çıxarmalıdırlar".