azadses.az » Siyasət » Elmar Məmmədyarov müəmması: Eldar Mahmudovun yolunu gedir və…

Elmar Məmmədyarov müəmması: Eldar Mahmudovun yolunu gedir və…

Səbayel Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin olunub. Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.
İlk baxışdan qeyri-adi, diqqətçəkən məqam nəzərə çarpmasa da, Faiq Bağırovun sabiq xarici işlər naziri Elmar Məmmədyarova yaxın kadr olması, birbaşa olaraq onun göstərişlərini icra etməsi məsələnin mahiyyətini dəyişir. Belə iddialar var ki. Elmar Məmmədyarov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun “yolunu gedir”. Üstəlik, Qarabağ ətrafında baş verən gərginliyə də 16 il nazir işləməsinə baxmayaraq, münasibət bildirmir.
''Azad Səs'' NOCOMMENT-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı “Yeni Müsavat”a deyib ki, Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun əməlləri tam və hərtərəfli araşdırılmalıdır: “Elmar Məmmədyarov hələ vəzifədə olarkən onun Azərbaycanın dövlət maraqlarına, ölkə Prezidentinin ”hücum diplomatiyası”na daban-dabana zidd olan fəaliyyətini dilə gətirmişəm, kəskin şəkildə tənqid etmişəm. Nəhayətdə o öz əməllərinə görə vəzifədən uzaqlaşdırılıb, ətrafı həbsə alınıb. Bundan sonra da onun əməllərinə görə qiymət veriləcəyinə əminəm, hesab edirəm ki, qiymətini ala-ala da gedəcək”.
XİN-dəki əməliyyatdan sonra irəli sürülən ittihamların mahiyyətinə baxanda belə təəssürat yaranır ki, əlaltıları Məmmədyarovun susqun razılığı ilə bildiklərini ediblər. Ortada olduqca ciddi ittihamlar var və bu ittiham hansısa “JEK” müdirinə qarşı deyil. Söhbət dövlətin xarici siyasətini gerçəkləşdirən bir nazirlikdə baş verənlərdən gedir. Rəsmi ittihama görə, XİN İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə”, Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev “rüşvət alma faktlarına” görə həbs ediliblər.
DTX onların “çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyini” açıqlayıb. Qurum şübhələrin “dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi” ilə bağlı əldə edilmiş məlumatları araşdırdıqdan sonra ortaya çıxdığını qeyd edib.
DTX adıçəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlarına və “dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə” baxış keçirildiyini açıqlayıb. Həmin yerlərdən nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Fərhad Mollazadə və Səlim Əlizadənin “dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsəməsi barədə əsaslı şübhələr müəyyən edilib…
Bu əməliyyatdan bir neçə ay öncə mətbuat Elmar Məmmədyarovun oğullarının ABŞ-da 4 milyonluq mənzil almasından yazmışdı. O zaman da XİN-in adının belə korrupsiya qalmaqalında hallanmasının yolverilməz olduğu söylənilmişdi.
“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, XİN-də baş verənlər biabırçılıqdır, Elmar Məmmədyarov istənilən halda istintaqa cəlb olunmalıdır: “Konsulluq İdarəsinin rəisi cinayət törədibsə, bundan Elmar Məmmədyarovun da xəbəri olub. Olmayıbsa, bunun özü də onun XİN-də baş verənlərdən xəbərsiz olması anlamına gəlir. Bundan başqa, dövlət büdcəsindən ayrılan pulları Elmar Məmmədyarovun ”burnunun altında” tar-mar ediblər. Onun isə bundan xəbəri olmayıb? Axı bu nağıla kim inanar? Sən bu sahəyə rəhbərlik edirsənsə, işçilərin burada min oyundan çıxıb dövlət büdcəsindən – yəni xalqın cibindən ayrılan pulları oğurlayırsa, talayırsa, 1 nömrəli günahkar, cavabdeh də sənsən! Sənin günahın göz qabağındadır. Bu cinayətlər baş veribsə, bundan Elmar Məmmədyarovun xəbəri olub. Yaxasını kənara çəkə bilməz”.
Hüquqşünas deyir ki, sabiq nazirin baş verənlərdən xəbəri olmayıbsa belə, onun həbsi üçün kifayət qədər ciddi əsaslar var: “Elmar Məmmədyarovun siyasi məsuliyyəti də var. O vaxt Cahangir Hacıyevin rəhbərlik etdiyi Beynəlxalq Bankdan milyardlar oğurlananda məlum olmuşdu ki, arxasında Eldar Mahmudov dayanır. Bəs Elmar Məmmədyarovun tutulan komissiya sədri, Konsulluq İdarəsinin rəisi və müavinin arxasında kim dayanıb? Bu adamlar kimdir ki, dövlət büdcəsindən bu sahəyə ayrılan pulları mənimsəsinlər? Elmar Məmmədyarov 16 il həmin sahəyə rəhbərlik edib. Təbii ki, pul məsələləri də birbaşa onun kurasiyasında olub. İşçiləri onu 1-2 il aldada bilərdilər. Yerdə qalan illəri kimin ayağına yazacaq? Pul məsələsi belədir ki, xərcləyəndə oğurluqları aydın görünür. Hamı bilir ki, pul xərcləmə məsələsi nazirliklərdə nazirin imzası ilə gerçəkləşir. Bir qədər əvvəl Mədəniyyət Nazirliyində əməliyyat keçirildi. Orada da eyni vəziyyətdir. Bunu bilməyən var? Ola bilsin, bəzi xırda məsələlər digər şəxslərə tapşırılsın, amma tam olaraq məsuliyyət nazirin üzərindədir. Nazirin baş verənlərdən xəbərsiz olmasını düşünmək üçün sadəlövh olmaq gərəkdir. Dövlət büdcəsindən konkret sahəyə ayrılan pulların idarə edilməsinə, təyinatı üzrə xərclənməsinə nəzarət etməli şəxs həmin sahəyə rəhbərlik edəndir. Bu halda isə nazir Elmar Məmmədyarovdur. Elmar Məmmədyarov ən azı Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb olunmalıdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?