azadses.az » Siyasət » Şimali Kipr rəsmisi: İslamofobiyanın kökündə dayanan səbəblərdən biri Avropada müsəlmanların sosial çağırışlar etməsidir

Şimali Kipr rəsmisi: İslamofobiyanın kökündə dayanan səbəblərdən biri Avropada müsəlmanların sosial çağırışlar etməsidir

İslamofobiyanın kökündə dayanan səbəblərdən biri Avropaya işləməyə gedən müsəlmanların sosial çağırışlar səsləndirməsidir.

“Report” xəbər verir ki, bunu Şimali Kipr Prezidentinin Beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyn Işıksal Bakıda “Avropada antimusəlman qanunvericiliyinin institusionallaşması. Radikallaşma fonunda antimüsəlman ritorikası və yayılmış islamofobik əhval-ruhiyyə” mövzulu panel sessiyada deyib.

O qeyd edib ki, Avropaya gedən müsəlmanlar da təbii olaraq digərləri kimi normal həyat standartları, iş imkanları tələb edirdilər:

“Çünki əsasən ağır işlərə müsəlmanlar cəlb edilib. Müsəlmanların bu çağırışları isə avropalıları narahat edib. Biz (Şimali Kipr-red.) bu gün belə müsəlman və türk olduğumuz üçün qeyri-insani embarqolara məruz qalırıq. Halbuki ölkəmiz müasir dövlətin bütün atributlarına malikdir, ancaq ayrı-seçkiliklə üzləşirik. Bizim 20 ölkədə nümayəndəlik ofisimiz var. Yaxın illərdə konsulluqlarımızın da sayı artırılacaq. Bunları nəzərə almaq lazımdır”.

Qeyd edək ki, bu gün Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın ikinci günü öz işinə başlayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün üçüncü ildönümünə həsr olunub.

Konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib.

Son iki ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumla əməkdaşlıq çərçivəsində ardıcıl olaraq islamofobiyaya həsr olunmuş beynəlxalq konfranslar təşkil edib. Bu konfransların məqsədi islamofobiyanın bütün formalarına və təzahürlərinə qarşı mübarizə səylərinə töhfə vermək olub.

Konfranslar çərçivəsində iştirakçılar islamofobiya ilə mübarizənin müxtəlif aspektlərini, o cümlədən kəsişən yanaşmanın vacibliyini, islamofobiyanın tarixi və müasir baxış bucaqlarını, birgə əməkdaşlığın təşviqini və mübarizədə beynəlxalq təşkilatların rolunu müzakirə ediblər. Bundan başqa, dini müxtəlifliyin və dinlərarası hörmətin təşviqinə dair müzakirələr də aparılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artıb
  2. Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  3. İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb
  4. Qobustanda iki maşın toqquşub, xəsarət alan var
  5. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  6. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  7. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  8. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  9. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  10. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib