azadses.az » Siyasət » AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib — Vitse-spikerdən sensasiyalı açıqlama

AMEA ölkə üçün təhlükəli yuvaya çevrilib — Vitse-spikerdən sensasiyalı açıqlama

“Vaxtilə qədim yunan filosofu Platon Akademos bağında gəzə-gəzə tələbələrinə dərs deyirdi. Və bir gün bu gəzintili dərslər akademiya adını aldı. Təmtəraqdan, görsənişdən tamamilə uzaq, olduqca təvazökar bir şəraitdə yaranan və fəaliyyət göstərən akademiyalar daha sonra Avropanın İntibah dövründə yenidən gündəmə gəldi. Qitənin ən yenilikçi aydınları bir araya toplanaraq elmi müzakirələrlə ölkələrini daha aydın sabahlara apardılar”.

''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bunu vitse-spiker Adil Əliyev deyib. O, bildirib ki, istər antik dövrün ən böyük ziyalısı, alimi olan Platon, istərsə də Avropa İntibahının əsasını qoyan böyük aydınlar bilsəydilər ki, XXI əsrdə Azərbaycan Milli Elmlər Akademiyası adlı bir qurum dövlət yetkililəri ilə görüşdə yalnız maşınlarının köhnəliyindən danışıb yeni avtomobillər almaq istəyəcəklər, ərsəyə gətirdikləri akademiyalarının adından bu cür istifadə edilməsindən xeyli xəcalət çəkərdilər.

“Çünki insanlıq tarixinə böyük töhfələr verən bu dühalar heç bir zaman şəxsi nəqliyyat vasitələrinin olması barədə düşünməyiblər. Onlar beyinlərini yalnız və yalnız elmin inkişafına sərf edib, böyük çətinliklə əldə etdikləri vəsaitləri elmi-texniki avadanlıqların alınmasına xərcləyiblər. Və həqiqətən də böyük elmi tərəqqilərə imza atıblar.

XXI əsrin ilk çeyrəyində isə AMEA-na hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insanlar bu elm ocağında fəaliyyət göstərirlər, ortaya isə ciddi heç bir ixtira qoyulmur. AMEA rəsmiləri dövlət yetkililəri ilə görüşlərində 165 nəqliyyat vasitəsinin olduğundan bəhs edir və onların mütləq əksəriyyətinin köhnəliyindən şikayətlənirlər. Dolayısıyla dövlətdən daha komfort həyatla təmin olunmaq imkanı tələb edirlər. Başqa sözlə desək, dərdləri-sərləri elmi tərəqqiyə imza atmaq yox, yeni maşınlarda gəzməkdir.

Bir daha xatırlatmaq istərdim ki, akademiyanın ilk qurucusu Platonun heç tələbələriylə bir araya gəlmək üçün sinif otağı da yox idi. Məcburən Akademos bağında gəzə-gəzə dünyanın qaranlıq üfüqünü işıqlandırırdılar. Bizim AMEA isə istifadə müddəti bitmiş köhnə nomeklatura məmurlarının ölkəni qaranlıq çağlara qaytarmaq üçün apardıqları müzakirələrin mərkəzinə çevrilib”.

Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA-da olmuş və qurumun İşlər idarəsinin müdiri, professor Elton Məmmədovla görüşmüşdü. Elton Məmmədov ona hazırda AMEA-nın balansında 165 nəqliyyat vasitəsinin olduğunu, onlardan 122-sinin xidməti, 43-nün isə texniki sahələrdə istifadə edildiyini söyləmişdi. O, nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin istismar müddətinin başa çatdığını və yenilənməsinə ehtiyac olduğunu demişdi.(bakupost.az)
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Cəlilabadda 37 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanılıb - YENİLƏNİB
  2. Azərbaycanda 33 dərəcə isti qeydə alınıb
  3. Ağdamda 39 yaşlı kişi qida zəhərlənməsindən ölüb
  4. Çaylarda sululuq artıb
  5. Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
  6. İki gün ərzində vətəndaşların bank kartlarından 12 min manata yaxın pul oğurlanıb
  7. Qobustanda iki maşın toqquşub, xəsarət alan var
  8. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  9. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  10. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 45 mindən çox abituriyent qəbul imtahanı verəcək
Bu gün 45 mindən çox abituriyent qəbul imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin Ətraflı
Alimlər vəbanın sağ qalmağa necə uyğunlaşdığını aşkarlayıblar
Alimlər vəbanın sağ qalmağa necə uyğunlaşdığını aşkarlayıblar
Kanadanın Makmaster Universiteti və Fransanın Paster İnstitutunun alimləri ən qədim patogenin — bubon taunun törədicisi olan Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib